“Güclü Qadın Xoşbəxt Cəmiyyətin Rəhnidir” adlı tədbir keçirilib

“Güclü Qadın Xoşbəxt Cəmiyyətin Rəhnidir” adlı tədbir keçirilib
6 mart 2025-ci il tarixdə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində YAP-ın Suraxanı rayon təşkilatının və Sosial Məsələlərin Həllinə Dəstək İctimai Birliyinin birgə təqdim etdiyi “Konstitusiya və Suverenlik İli” çərçivəsində “8-Mart Beynəlxalq Qadınlar Günü” nə həsr olunmuş adlı tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev,  Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Milli Məclisin deputatı Qaya Məmmədov, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü Vüqar İsgəndərov, Milli Məclisin deputatı Samir Vəliyev, Sosial Məsələlərin Həllinə Dəstək İctimai Birliyinin sədri Nərmin Daşdəmirbəyli, Azərbaycan Respublikasının Gənclər Fondunun direktor müavini Yusif Vəliyev, Azərbaycan Respublikasının Uşaq Fondunun sədr müavini Tamerlan Hüseynov, Sosial Xidmətlər Agentliyinin Bakı Regional Filialının müdiri Ragif Zamanov, digər rəsmi şəxslər, Şəhid ailə üzvləri, Suraxanı rayonunun idarə, təşkilat, müəssisələrində fəaliyyət göstərən xanımlar – YAP Suraxanı rayon təşkilatının fəal üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Ulu Öndər Heydər Əliyevin Suraxanı rayonunda ucaldılmış abidəsi tədbir iştirakçıları tərəfindən ziyarət edilmiş, abidənin önünə tər güllər düzülmüşdür. Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunmuşdur.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov tədbir iştirakçılarını salamlayaraq bütün xqnımları 8-Mart Beyəlxalq Qadınlar günü münasibəti ilə səmimi qəlbdən təbrik etmiş və vurğulamışdır ki, 8-Mart Beynəlxalq Qadınlar gününün belə təmtəraqlı, dövlət səviyyəsində qeyd edilməsi Prezident cənab İlham Əliyevin sosial yönümlü siyasəti nəticəsində Azərbaycan qadınına verilən dəyərin, hörmətin və ehtiramın göstəricisidir.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək qeyd etmişdir ki, Azərbaycan qadını tarix boyu cəmiyyətin inkişafına böyük töhvələr vermişdir. Azərbaycan qadını müxtəlif sahələrdə elm, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyində uğurlu nəticələr əldə etmişdir.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü Vüqar İsgəndərov bildirmişdir ki, dövlətimizin əldə etdiyi uğurlarda Azərbaycan qadını müstəsna rola malikdir.
Milli Məclisin deputatı Samir Vəliyev çıxış edərək xüsusi qeyd etmişdir ki, Azərbaycan qadını həm də anadır. O, elə bir anadır ki, onun oğlu 44 gün kimi qısa bir zamanda torpaqlarımızı düşmən tapdağından azad etdi.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirdi ki, cəmiyyətimizin dəyərli varlıqlar olan qadınlara diqqəti, qayğısı hər zaman yüksək olmuşdur. Çünki Azərbaycan qadını Azərbaycan oğulları ilə birgə mübarizə aparmış, xalqın, dövlətin inkişafına çalışmışlar.
Milli Məclisin deputatı Qaya Məmmədov öz çıxışında dedi ki, bu gün qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.
İkinci Qarabağ Müharibəsi şəhidi Cavid Cabarzadənin anası Almaz Cabarova çıxışında üzünü özü kimi şəhid oğullar yetişdirən qəhrəman analara tutub dedi ki, bu gün tədbirimizdə gücündən güc aldığımız Şəhid analarımız və xanımlarımız var. Əslində hər kəs Şəhid analarının nurunun işığına yığılmışıb. Almaz Cabarova qeyd etdi ki, Şəhid analarının möhkəmliyi fədakarlığı, dözümü dövlətimizə və xalqımıza güc verir.
Daha sonra çıxış edən Sosial Məsələlərin Həllinə Dəstək İctimai Birliyinin sədri Nərmin Daşdəmirbəyli bildirdi ki, fürsətdən istifadə edərək bir gənc Azərbaycan xanımına, qızına ehtimad göstərərək birgə tədbir təşkil etmək təklifini qəbul etdiyi üçün tədbirin əsas təşkilatçısı Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatına, onun sədri Vüqar Seyidova öz dərin minnətdarlığını bildirdi, güvən və etimad üçün təşəkkür etdi. Elə bu faktın özünün Azərbaycan qadınına, qızına dövlətimizin və doğma partiyamızın münasibətini özündə ehtiva etdiyi vurğuladı.
YAP Suraxanı rayon təşkilatında səmərəli fəaliyyət göstərən bir qrup qadın partiya üzvü “FƏXRİ FƏRMAN” və “TƏŞƏKKÜRNAMƏ” ilə təltif olunmuşdur.
Daha sonra tədbir tanınmış mədəniyyət və incəsənət xadimlərinin çıxışları ilə davam etmişdir.