Güclü dövlətin güclü ordusu olmalıdır

İxtiyar Nəcəfov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu, Qaraçuxur bələdiyyəsini sədri
Ordu bir dövlətin varlığının sübutu, bir xalqın təhlükəsizliyinin təmin olunmasının ilkin şərtidir. Müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev buna görə ordu quruculuğunu ən mühüm vəzifələrdən biri olaraq müəyyən etmişdir. Ulu Öndərin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunmuşdur. Tarixi irsə sadiqliyi həmişə öndə tutan Ulu Öndər Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əlahiddə Azərbaycan Korpusunun yarandığı günü – 26 iyunu Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan etmişdir və hər il bu tarix rəsmi dövlət bayramı olaraq qeyd edilir.
Ulu Öndər Heydər Əliyev 02 fevral 1996-cı ildə, bir il sonra Gənclər Günü elan olunacaq tarixdə çıxışı zamanı gənclərə müraciət edərək demişdir: “Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik. Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir”.
Azərbaycan dövlətinin və cəmiyyətinin hər bir sahəsi kimi Milli ordumuzun inkişaf tarixi də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin 1971-ci ildə böyük zəhmətlər bahasına yaradılmasına nail olan Ulu Öndər Azərbaycanda mili kadr hazırlayan məktəbin qurucusudur. Hərbi Akademiyanın yaradılması C.Naxçıvanski adına Hərbi Məktəbin yaradılması ilə 1971-ci ildə əsası qoyulan milli hərbi məktəb yaradılması siyasətin davamıdır.
Əsası Ulu Öndər tərəfindən qoyulmuş Milli Ordu quruculuğu siyasəti Prezident İlham Əliyev tərəfindən davam etdirilmiş və inkişaf etdirilmişdir. Güclü ordu hərbi sənaye kompleksi olmadan uzun müddət mövcud ola bilməz. Buna görə də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradıldı. Bu gün artıq Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir.
Bu gün artıq dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.
Əsası Ulu Öndər tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən davam etdirilən ordu quruculuğu həyatda öz bəhrəsini verərək işğal altındakı torpaqlarımızın azad olunmasını təmin etmişdir.
Prezident İlham Əliyev 44 günlük Vətən Müharibəsində qazanılmış qələbənin əhaəmiyyətini belə ifadə etmişdir: “Biz bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq, güclü dövlət, yenilməz ordu və güclü iradə sahibi kimi”.
Görülən işlər qarşılıqlı müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət töhfə verəcəklər, sahib olduqları silah və sursatla təchiz edəcək, onların istehsal texnologiyalarını qarşılıqlı şəkildə təşviq edəcək və hazırda onların ölkələrində mövcud olmayan istehsal sahələrinin yaradılmasını, birgə tədqiqat və istehsalat işlərinin həyata keçirilməsini, iki ölkənin müdafiə sənayesi qurumlarının texnologiyalar, hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində daxili və beynəlxalq bazarlarda əməkdaşlıq etməsini dəstəkləyəcəklər.