Füzulidə erməni vandalizminin izləri

Füzulidə  erməni vandalizminin izləri

Günay Xıdırova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəsətəxanasının həkim laborantı

Erməni millətçiləri Azərbaycanlılara qarşı 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1994-cü illərdə soyqırımlar, kütləvi qırğınlar və deportasiyalar həyata keçirmişlər. Erməni millətçiləri tərəfindən indiki Ermənistan ərazisində Azərbaycanlılara məxsus minlərlə tarixi ad dəyişdirilərək erməniləşdirilib. 1919 – cu ildə Azərbaycan ərazisində erməni dövləti yaradılıb. 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra da Azərbaycan toponimlərinin erməniləşdirilməsi prosesi davam etdirilib. 1988-1989-cu  illərdə Ermənistan ərazisində Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib.

Azərbaycan topnimlərinin erməniləşdirilməsində ilk növbədə onların tarixi keçmişi ilə bağlı olan yaşayış məskənlərinin adlarının dəyişdirilməsinə xüsusi diqqət yetirilib.

Azərbaycanın tarixi yer adları ilə bağlı dövlətimizin başçısının qeyd etdiyi kimi indiki Ermənistan deyilən respublikanın ərazisi tarixi Azərbaycan torpağıdır və yer adlarının hamısını dəyişdiriblər. Azərbaycan adları ermənilər tərəfindən saxtalaşdırılıb. Müasir Ermənistan Respublikasının ərazisi ən qədim zamanlardan başlayaraq həmişə Azərbaycan dövlətlərinin tərkibində olub.

Erməni vandalları keçmiş İrəvan xanlığının torpaqlarında Azərbaycan xalqına məxsus 300-dən çox məscidi yerlə yeksan ediblər.

Azərbaycan Vətən müharibəsində şanlı qələbə qazandı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün əməliyyatları yüksək səviyyədə yerinə yetirən Silahlı Qüvvələrimiz 44 gün ərzində torpaqlarımızı döyüş meydanında azad etməyə nail oldu. Azərbaycan ordumuzun rəşadəti, xalqımızın yüksək həmrəyliyi sayəsində özünün ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi və rəhbərliyi ilə qazanılan Füzuli zəfəri  tariximizdə əbədi qalacaq. İşğal illərində və 44 günlük müharibə dövründə Ermənistan ölkəmizə, xalqımıza qarşı amansız cinayətlər törədib. Bunlardan 1992-ci il fevralın 25- dən 26 – a keçən gecə Xocalıda 366-cı motatıcı alayın dəstəyi ilə törətdikləri qətliamı göstərmək olar. Bu soyqırım nəticəsində 106-sı qadın, 63-ü uşaq olmaqla 613 mülki şəxs qəddarlıqla qətlə yetirildi. Onlar daim xalqımıza qarşı terror aktlarına əl atıblar.

İşğal illərində zəbt olunan ərazilərdə meşələrimiz qırılıb, qızıl və digər faydalı qazıntı yataqlarımız qeyri – qanuni yollarla istismar edilib, su mənbələrimz çirkləndirilib. 44 günlük müharibə zamanı döyüş meydanında məğlub olan ermənilər Azərbaycanın şəhər və kəndlərini hədəf aldılar. Biz isə Füzuli kimi şəhərlərimizi azad edərək tökülən günahsız qanların əvəzini aldıq.

Azərbaycanın Gəncə, Bərdə, Tərtər, Ağcabədi və digər şəhərləri dünya səviyyəsində istifadəsi qadağan edilmiş silahlarla atəşə məruz qoydular. Halbuki həmin yaşayış məntəqələri münaqişə bölgələrindən uzaqda yerləşir. Füzuli rayonunda ərazilərin minalanması və minalanmış ərazilərin xəritələrinin verilməməsi Ermənistanın növbəti müharibə cinayətidir. İşğal illərində düşmən Azərbaycan ərazilərində törətdiyi vəhşilikləri xarici aləmdən gizli saxlayırdı. Füzuli azad olunduqdan sonra erməni vandalizmi Azərbaycanın səyləri sayəsində bütün dünyada tanındı.

Cənab Prezident İlham Əliyev nüfuzlu media qurumlarına verdiyi müsahibələrdə ermənilərin vandalizm əməllərini yüksək diplomatik məharətlə bütün dünyanın diqqətinə çatdırıb. Diplomatların, xarici jurnalistlərin, din xadimlərinin işğaldan azad olunmuş Füzuliyə səfərlərinin təşkili də Azərbaycanın necə vəhşi və riyakar düşmənlə üz – üzə qaldığının dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından çox önəmlidir.