Füzuli şəhəri öz sakinlərinə qucaq açır

Füzuli şəhəri öz sakinlərinə qucaq açır
Gülnarə Hənifəyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbin direktoru
Sərəncama əsasən, 17 oktyabr Füzuli Şəhəri Günüdür. Bu münasibətlə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunda xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də Füzulidə təntənəli şəhər günü tədbiri keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində və Antiterror əməliyyatı nəticəsində Şərqi Zəngəzuru və Qarabağı düşməndən azad edərək şanlı Qələbə qazanıb. Artıq Füzuli şəhəri öz sakinlərinə qucaq açır. Bu ilin avqust ayından 258 ailənin (928 nəfər) doğma şəhərdə daimi məskunlaşması təmin edilib.
Füzuli rayonunda bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Şəhər ərazisində infrastruktur bərpa olunur, yaşayış binaları tikilir, kəndlər yenidən qurulur, həmçinin beynəlxalq hava limanı açılıb. Artıq Böyük Qayıdış proqramı çərçivəsində Füzuli şəhərinin sakinlərinin bir qrupunun qayıdışı təmin edilib. Prezident İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib ki, füzulililərin gənc nəslinin də öz doğma torpağına gəlməyə qərar verməsi doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər.
Prezident həmçinin çıxışında bildirib- “Onlar bu torpaqlar barədə ancaq sizin onlara danışdıqlarınızı ürəklərində saxlamışdılar. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq. İşğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı öz torpaqlarını unudacaq, gənc nəsil, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacaq. Qloballaşan dünya haqqında bir çox fərziyyələr irəli sürülürdü. Bəli, bu gün biz gənclər qürürla deyirik: “Biz Prezindentimizin uğurlu xarici siyasəti, qətiyyəti və polad iradəsi nəticəsində torpaqlarımızı bütöv şəkildə işğaldan azad etdik”.