Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir.

Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir.
Gülarə Mirzəyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 317 nömrəli li tam orta məktəbin direktor vəzifəsini icra edən
Enerji təhlükəsizliyi məsələləri bu gün heç zaman olmadığı qədər vacibdir.
Azərbaycanın yeni neft strategiyasının əsası Ulu öndər Heydər Əliyev tərəfindən 1994- cü il 20 sentyabr tarixində qoyulmuşdur. Bu müqavilədə Xəzər dənizinin Azərbaycan sektorunda üç zəngin neft yatağının iri xarici neft şirkətləri ilə birgə işlənməsi nəzərdə tutulurdu. 1994- 2001- ci illərdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 14 ölkənin 32 neft şirkəti ilə 21 müqavilə imzaladı. 1997- ci ildən “Əsrin müqaviləsinin ” icrasına başlanıldı. Həmin il Rusiyadan keçən “ Şimal ” (Bakı Novorosiysk ) neft kəməri istifadəyə verildi. Məqsəd Azərbaycan neftini Rusiya vasitəsi ilə Qara dənizə çıxarmaq idi. 1999- cu ildə Bakı- Supsa “ Qərb neft kəməri ” istifadəyə verildi. 1999- ci il noyabrın 18- də İstanbulda xam neftin Bakı- Tbilisi- Ceyhan əsas boru ixrac neft kəməri vasitəsilə nəql edilməsi ilə bağlı saziş imzalandı. 2001- ci ildə Bakı- Tbilisi- Ərzurum qaz kəməri vasitəsilə qazın dünya bazarına çıxarılması ilə əlaqədar Türkiyə və Gürcüstan ilə sazişlər imzalandı. Prezident İlham Əliyevin güclü iqtisadi siyasəti nəticəsində Azərbaycan neft və qazının dünya bazarına çıxarılması ilə bağlı dünya ölkələri ilə bir sıra mühüm müqavilələr imzalanmışdı.
XXI- əsrin ilk illərində “Azəri ”, “Çıraq ”, “Günəşli ” sahələrində neft yataqlarının istismarına başlanıldı. 2006- cı il iyulun 13-də Bakı-Tbilisi- Ceyhan əsas ixrac boru kəmərinin inşası başa çatdırıldı. Bu neft kəmərinin inşası ilə Azərbaycan “qara qızılının ” dünya bazarına ən qısa və təhlükəsiz yolla çıxarılması təmin olundu. Avropa İttifaqı ilə əlaqələr indiyədək iqtisadi və siyası islahatlara dəstək, Şərq-Qərb nəqliyyat kommunikasiya dəhlizinin yaradılması, infrastrukturun inkişafı və.s sahədə inkişaf etdirilmişdir. Avropa- Qafqaz- Asiya Nəqliyyat Dəhlizi (TRASEKA ),Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram (İNOGATE) çərçivəsində inkişaf etdirilir. Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memarondumu 7 noyabr 2006- cı il tarixində Brüssel şəhərində imzalanmışdır.
Tərəflər xüsusən Avropa enerji təhlükəsizliyinin gücləndirilməsinə təhdid və risklərin aradan qaldırılması baxımından regiondakı ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təmin edilməsinin əhəmiyyətini vurğulayır. 2011- ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalanmışdır. Bu müqavilədə tərəflər Şah Dəniz 2 və Azərbaycanın digər yataqlarından mövcud təbii qaz resurslarının Avropa bazarlarına çatdırılması barədə razılığa gəlmişlər. 2013- cü ilin dekabrında Avropa nümayəndələri ilə müqavilədə məqsəd Azərbaycan təbii qazını Avropaya daha böyük həcmdə çıxarılması idi. Bu sənəd Trans Anadolu (TANAP), Trans Adriatik (TAP) qaz boru kəmərlərinin tikintisini reallığa çevirdi. “Cənub” qaz dəhlizinin yaradılmasına imkan yarandı. Cənub qaz dəhlizi Xəzər dənizindən İtaliyaya doğru, Avropanın enerji təhlükəsizsliyi baxımından böyük əhəmiyyətə malikdir. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstrya kimi böyük Avropa ölkələrinə çatdırmaq imkanını yaratdı. Dəhliz rolu oynayan ölkələr isə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya oldu. Növbəti mərhələdə tərəfdaş kimi Xorvatiya və Monteneqronun da layihəyə qoşulmaq niyyəti var. 2017- ci il iyunun 12- də Türkiyənin Eskişəhər şəhərində TANAP-ın açılış mərasimi keçirildi.
44- günlük Vətən müharibəsində qazandığımız qələbədən sonra Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə dəfələrlə görüşlər keçirmiş, görüşlərdə Ermənistan baş naziri Nikol Paşinyan da iştirak etmiş, Şarl Mişel regionda kommunikasiya infrastrukturunun bərpası üçün tərəflər arasında sülhün olmasını vacib şərt hesab etmişdir. Rusiya və Ukrayna arasında davam edən müharibə Avropanın qaz təhcizatını zəiflədə bilər. Buna görə də Avropa İttifaqı Komissiyasının sədri Ursula Fon der Lyayen Azərbaycana səfər edib. Ursula Fon der Lyayen Sosial media hesabında təbii qazın verilməsi ilə bağlı paylaşımında Azərbaycanla yeni enerji sazişi imzalayacaqlarına diqqət çəkərək yazıb: “Avropa İttifaqı daha etibarlı enerji təhcizatçılarına müraciət edir. Məqsədimiz bir neçə il ərzində Azərbaycandan Aİyə qaz nəqlini iki dəfə artırmaqdır. Azərbaycan Avropa İttifaqının enerji təhcizatı təhlükəsizliyi və iqlimə uyğun transformasiyada çox mühüm tərəfdaş olacaq” . Ursula Fon der Lyayenin Azərbaycana səfərini Aİ Komissiyasının enerji məsələləri üzrə üzvü Kadri Simson müşayət edir.
Azərbaycana səfər çərçivəsində 2022- ci il iyulun 18- də Azərbaycan ilə Avropa İttifaqı arasında Avropaya qaz ixracını ikiqat artırılmasını nəzərdə tutan saziş imzalanıb. Yeni sazişə əsasən, Azərbaycandan Avropaya qaz təhcizatını hər il artıraraq 2027- ci ilə qədər bu göstəricini 20 milyard kubmetrə catdırmaq öhdəliyi nəzərdə tutulur. Avropa İttifaqı ilə imzalanan bütün müqavilələr Azərbaycanın iqtisadi inkişafı üçün böyük töhvə verəcəkdir və bu müqavilələr Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və ağıllı siyasətinin bariz nümunəsidir.