Düşmən təxribatları lokal anti-terror tədbirlərinə yol açdı
Aytən Əliyeva
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu, 146 nömrəli orta məktəbin müəllimi
Azərbaycan Respublikasının Konstitusiyasının 9-cu maddəsinə nəzərən ölkəmiz başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir.
Qarabağ münaqişəsinin-30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması üçün ölkəmiz çox çağırış etmiş, sülh yolu ilə danışıqlar aparmış, bu münaqişənin aradan qaldırılması yolunda BMT-nin qəbul etdiyi 4 qətnamənin, sadəcə, kağız üzərində qalmamasına çalışmışdır. Bütün bunlara baxmayaraq düşmən hər dəfə sərhədlərimizi pozmuş, atəşkəsə əməl etməmişdir, lakin hər dəfə başlatdığı təcavüz, terror ordumuzun əzmli cavabı ilə susdurulmuşdur.
Ermənistan tərəfinin başlatdığı 2016-cı ildə baş verən aprel döyüşləri, 2020-ci ilin sentyabrında yenidən başlatdığı təcavüz aktı mütləq şəkildə antiterror tədbirləri aparmağımıza təhrik edən səbəblərdir. Düşmən təxribatları lokal anti-terror tədbirlərinə yol açdı. Ali Baş Komandanımız cənab Ilham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz möhtəşəm zəfər qazandı və nəticədə üçtərəfli Şuşa Bəyannaməsi imzalandı, bütün dünya qızıl hərflərlə yazılmış bu zəfərdən, onun həyata keçirildiyi “Dəmir Yumruq” hərbi əməliyyatından danışdı.
Düşmənin iyrənc xisləti dəyişmədi. Bu ilin 19 sentyabrında yenidən Qarabağ bölgəmizdə erməni təxribatı başladı. Azərbaycan Ordusu konstitusiya quruluşunu bərpa etmək məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başladı. Son 2 ildə atəşkəs rejimini 258 dəfə pozan düşmən Azərbaycanın suveren ərazisi daxilində ölkə vətəndaşlarımıza qarşı aqressiv münasibət göstərdi. Azərbaycan Müdafiə Nazirliyi isə Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı birləşmələrinin üzvlərinə silahı təslim etmələri barədə çağırış etdi. Budur iki cəmiyyət arasında əsas fərq.