Dünyanın diqqəti yenidən Bakıda

Dünyanın diqqəti yenidən Bakıda
Məşkur Mirzəyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
“Suraxanı maşınqayırma zavodu” ASC-nin hüquq məsləhətçisi

Azərbaycanın  mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi artıq ənənəvi bir hal almışdır və bu da təsadüfü deyildir. May ayının 1-də “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışı olmuşdur. Bu Forumunun işinin mahiyyəti haqqında fikirlərimizi bölüşməzdən əvvəl Azərbaycanın, Bakının ənənəvi beynəlxalq tədbirlər məkanına çevrilməsinin səbəbi, məqsədi və müsbət nəticələrə gətirib çıxarması barədə fikir bildirmək yerinə düşərdi. Bunun üçün əsasən xarici siyasət platformamıza qısaca nəzər yetirmək kifayət edər.

Azərbaycanın xarici siyasəti, beynəlxalq aləmdəki siyasi mövqeyi, nüfuzu, söz sahibi olması bu günün yox, dünənin siyasətinin nəticəsidir. Bu Respublikamızda və beynəlxalq aləmdə böyük nüfuza malik Möhtərəm Prezident İlham Əliyevin uzun illərdir ki, böyük səbrlə, təmkinlə, zərgər dəqiqliyi ilə nizama düzdüyü siyasətin nəticəsidir.

Azərbaycan hələ öz torpaqlarını işğaldan azad etməmişdən əvvəl ədalətin zəfər çalması, özünün haqlı olduğunu sübut etmək, ikili standartların qarşısını almaq, həqiqətləri dünya ictimayətinə çatdırmaq üçün yeni bir siyasi kurs seçdi. Mümkün qədər dövlət başçılarının, görkəmli siyasi xadimlərin, beynəlxalq mediya nümayəndələrinin Azərbaycana gəlişini təşkil etmək bunlardan biri idi.  Ən əsası isə mötəbər beynəlxalq təşkilatların konfranslarını, sammitlərini, iclaslarını, dialoqlarını Bakıda təşkil etmək idi.  Məqsəd o idi ki, gəlib gözləri ilə görsünlər, sabitliyin, inkişafın, təhlükəsizliyin şahidi olsunlar. Muharibə şəraitində yaşayan bir ölkənin iqtisadiyyatının sürətli inkişafını görsünlər. Azərbaycan iqtisadiyyatının inkişafına sərmayə qoymaq istəyən xarici investorlarda əminlik yaransın.

Dünyanın ən böyük və mötəbər təşkilatlarındam olan İslam Əməkdaşlıq Təşkilatının konfrans və sammitləri, Qoşulmama Hərəkatının konfrans və sammitləri, UNESCO-nun xətti ilə keçirilən tədbirlər, BMT xətti ilə keçirilən beynəlxal tədbirlər və hətta NATO və Rusiya Baş Qərargah rəislərinin 2 dəfə Bakı görüşü, Bakı Bəyəmnaməsi ilə tarixə düşən sənədlər və s. bunların bariz nümunəsidir.

Azərbaycan hamı üçün, bütün sülhməramlı insanlar üçün, dünyada baş verən müharibələrin, münaqişələrin, fəlakətlərin qarşısını almaq üçün bir yerə toplaşmaq istəyən beynəlxalq təşkilatlar üçün həmişə açıq olmuşdur.

Bunlardan biri də  mayın 2-də işinə başlayan və  110 dövlətdən  700 nəfərdən çox nümayəndə heyyətinin iştirak etdiyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumudur. Biz tədbirin moderatoru professor Alpaslan Özerdemin Prezident İlham Əliyevi və tədbir iştirakçılarını salamlayarkən qısa çıxışına və digər tədbirdə iştirak edən nümayəndələrin çıxışlarına nəzər salsaq, görərik ki, bu insanlar dünyanın hazırkı durumundan çox narahatdırlar və Bakı Forumuna böyük ümüdlər bəsləyirlər. “ Bakı Prosesi”ni bir fürsət sayırlar.  Bu Forum bütün dünya xalqlarını dilindən, dinindən, mədəniyyətindən, etnik qrupundan, mənsubiyyətindən aslı olmayaraq hamını bir araya gətirir. Azərbaycan isə bütün bunlara rəğmən öz tolerantlığı ilə bariz nümunədir.

 Prezident İlham Əliyevin VI Ümumdünya Mədəniyyətlərarası Diualoq Forumundakı çıxışı təkcə Forum iştirakçılarının diqqət mərkəzində yox, həm də xarici mətbuatın diqqət mərkəzində olub.

Mətbuat nümayəndələri, jurnalistlər, televiziya və digər kütləvi informasiya vasitələri tərəfindən, Forumun iştirakçılarımdan alınan müsahibələrdən görünür ki, bütün respondentlər böyük mənnunluq hissi ilə Prezident İlham Əliyevlə görüşlərini böyük uğur və fursət kimi qiymətləndirmişlər. Prezident İlham Əliyevin dolğun çıxışı insanları, bəşəriyyəti narahat edən məsələlərə real mövqedən yanaşması çox qiymətli, önəmli idi. Bakı Forumundan çox şey qazandıqlarını, Forumda müzakirə olunan məsələlərin həlli yollarının tapılmasında həmrəy olduqlarını bildirmişlər.

İstər qlobal həcmli problemlərin həllində, istərsə də kiçik problemlərin həllində insanlar bir yerə toplaşıb çıxış yolu tapmağa çalışırlarsa, deməli bəşəriyyətin, dünyanın bütölüyünü xilas etmək şansı var. Dünyanın, bəşəriyyətin problemlərini insanlar özləri yaradıblarsa, deməli bu bəlalardan çıxış yollarını da insanlar özləri tapmalı və həll etməlidirlər.