Dövlətin gücü - iqtisadi siyasətin təməlidir

Dövlətin gücü -  iqtisadi siyasətin təməlidir

Firəngiz Məlikbəyli

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi

Son illər Azərbaycanın həm daxili, həm də xarici siyasətini izləyən, yaxından bələd olan hər kəs, istər azərbaycanlılar, istərsə də xarici dövlətin nümayəndələri əminliklə bu fikirdədirlər ki,  Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir.  Müharibə və qələbə dövrlərində dünyanın bütün diqqəti üzərimizdə olan zaman  Azərbaycan öz haqlı  sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlət olduğunu sübut etdi və yeni dünya dövründə özünə  daha güclu, qətiyyətli və  arxayın sima yaratdı. Bu prosesin təməli uzun illər öncədən qoyulmuşdur. Dünya siyasətində, iqtisadiyyatında xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmış Umummilli Lider Heydər Əliyev sayəsində fundamental işlər görülmüşdür. Geridə qalmış və zənginliyini, gücünü  dünyaya isbat etməmiş, xalqlar arasında sözünü demədən arxa planda qalmağa məcbur edilmiş dövlətimiz bugünkü siyasətimizin banisi Heydər Əliyev sayəsində öz iqtisadiyyatında tərəqqiyə nail olmağa başlamışdır.  Zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsinə, qədim tarixi və çoxəsrlik  mədəniyyəti olan millətimizin bütün dünyada tanıdılması istiqamətində yorulmaz işlər görmüşdür. Gərgin fəaliyyətinin  nəticələrinə, eləcə də heç kəsə nəsib olmayan uzunmüddətli məharətlə başçılıq etdiyinə görə, hələ uzun illər öncədən xalqımızın qəlbində əvəzsiz dövlət xadimi qiymətini almış möhtərəm Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi müxtəlif dövrlərdə müəyyən etdiyi və həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil etmişdir.

Təbii ki, bu ciddi və genişmiqyaslı proseslər yalnız layiqli davamçı, siyasi irsi prioritet tutan bir liderlə öz zirvəsinə yüksələ bilərdi və biz xöşbəxt xalqıq ki, bizim bu gün dövlətin, xalqın strateji, perspektiv mənafeyi baxımından onun daxili və xarici siyasətinin ümumiləşmiş konsepsiyasını müəyyən edə bilən, bu mənafeyi beynəlxalq forumlarda, yüksək tribunalardan müdafiə edə bilən, dövlətin strateji xəttini xalqa sadə şəkildə bəyan edən və dövlətçiliyi ümumxalq işinə çevirməyi, xalqı öz arxasınca aparmağı bacaran məhz əməli sevgisini dəfələrlə xalqına sübut etmiş İlham Əliyev kimi yüksək potensiallı Liderimiz var. Dünya təcrübəsinə nəzər yetirdikdə görərik ki, o dövlətdəki, xalqının  müdafiəsini təşkil etməyi  həyata keçirən, dövlətçiliyi qorumağı bacaran, praktik siyasətçi-diplomat, sərkərdə və komandan yoxdursa, daxildə əmin-amanlığı, ölkənin iqtisadi inkişafını təmin etməyi üzərinə götürə bilən qurucu, yaradıcı  rəhbəri yoxdursa, həmin ölkənin gələcəyindən nikbin ruhda danışmaq çətin olar. Bu nöqteyi-nəzərdən Azərbaycan və Lideri İlham Əliyev ölkələrə nümunə və elmi ədəbiyyatlara dərs ola biləcək səviyyədədir.

Bu gün  dünyada və ölkələrin  iqtisadiyyatında baş verənlər bizi düşünməyə vadar edir. Dövlətimiz və xalqımız bugünkü inkişafında və gücündə olmasa idi biz güclü dövlətlər qarşısında necə dayanardıq və yetərincə güclü iqtisadiyyatı olmadan dünya böhranından necə çıxardıq? Şanslıyıq ki, biz bu sualı yox, daha da necə yüksələ bilərik, inkişafımızı zirvədə necə davamlı və möhkəm edə bilərik onu düşünürük. Bu həqiqət danılmazdır ki, dünyanın ayrı-ayrı ölkələri iqtisadi böhran burulğanında bir sıra çətinliklərlə üz-üzə dayanarkən Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi siyasət və əvvəlcədən düşünülmüş qabaqlayıcı tədbirlər ölkəmizi bu böhrandan maksimum dərəcədə qorumağa qadirdir. Ona görə də dünya iqtisadi sisteminin bu böhranı Azərbaycan iqtisadiyyatına o dərəcədə də təsir etmək gücünə malik deyil. Çünki daimi inkişaf dinamikası izlənilən iqtisadiyyatımız var.

Gündən – günə iqtisadi əlaqələrimizin güclənməsinə nail olan Prezidentimiz İlham Əliyev Mayın 18-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumunda Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşündə də bütün bu məsəslələri  vurğulamış,bu formun faydaları və vacibliyi barədə çıxış etmişdir. İqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmağın, ölkəmizdəki biznes mühitin, sərmayə də daxil olmaqla imkanlar haqqında məlumatların, hər iki ölkədə iş qurmaq üçün çoxlu imkanlar yaradacağına zəmin yaratması, ticarət, investisiya, kənd təsərrüfatı, informasiya texnologiyalarının inkişaf etdirilməsi, nəqliyyat, enerji, təhsil ilə bağlı məsələlərin gündəmdə aktiv rol oynaması Azərbaycanın Litva ilə münasibətləri üst səviyyəyə daşıyacağına əminlik yaratmışdır.

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini əsas prioritet qəbul edən, enerji sektorunu  iqtisadiyyatımızda aparıcı sektor olduğunu vurğulayan Prezidentimiz,  xüsusilə də indi Azərbaycan qazının ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən Cənub Qaz Dəhlizinin tikintisinin, 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sisteminin yekunlaşdırılması barədə Litva Prezidenti  Gitanas Nauseda və biznes forum iştirakçılarına məlumat vermişdir.

Həmçinin  Azərbaycan  iqtisadiyyatının ənənəvi sahəsi olan neft sektorunun inkişaf etdirilməsi yerli məqsədlər və bir çox ölkələrin enerji təhlükəsizliyi üçün vacib rol oynamaqda davam etməsi və  gələcək hədəflərimiz barədə çıxışında bildirmişdir. Forumda  Litva Prezidenti  Gitanas Nauseda də ölkəsinin və Azərbaycanın perspektivlərindən danışmış və  biznes əlaqələrin daha da möhkəmlənməsi üçün Azərbaycanın işgüzar dairələrini bu ilin ikinci yarısında Litvaya səfərə dəvət etmişdir. İqtisadi əməkdaşlıq üçün istifadə olunmamış geniş imkanlarının olmasından və bu əməkdaşlığın hər iki ölkəyə fayda gətirəcəyindən əminliyini bildirmişdir.Ukraynadakı müharibənin qlobal ticarəti yenidən nizamlamağından və  Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycan qlobal ticarətdə ən mühüm rollardan birini oynadığından danışan Litvanın çox saylı təkliflərini Prezident İlham Əliyevə çatdırmış və birgə iş bitliyindən və gələcəkdəki bərabərlikdən olduqca məmnunluq hiss etdiyini dilə gətirmişdir. Azərbaycanla Litva arasında keçirilən biznes forumu bir daha onu göstərdi ki, ölkəmiz sürətli inkişafı ilə dünya dövlətlərinin nəzərindədir və Cənubi Qafqazın ən güclü dövlətidir.