“Dövlət Suverenliyimiz balaca fidanlara əmanətdir” adlı tədbir keçirilib

18 sentyabr 2025-ci ildə Suraxanı rayonu, 277 körpələr evi - uşaq bağçasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində “20 Sentyabr- Dövlət Suverenliyi Gününə” həsr olunmuş “Dövlət Suverenliyimiz balaca fidanlara əmanətdir” adlı tədbir keçirilib
Dövlət himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Nərgiz Çıraqova, 277, 279, 338 saylı, Tumurcuq, Şənlik körpələr evi -uşaq bağçasının müdirləri və əməkdaşları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan 277 saylı körpələr evi - uşaq bağçasının müdiri, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Aygün Allahverdiyeva gələcək nəsillərin milli vətənpərvər ruhda tərbiyə olunmasının əhəmiyyətinə toxunaraq demişdir ki, körpələr evləri - uşaq bağçaları suverenliyin mahiyyətini ən sadə dildə balaca fidanlara aşılamağa çalışmalıdırlar.
Nərgiz Çıraqova çıxış edərək ilk öncə YAP Suraxanı rayon təşkilatının sədri çıxış edərək “20 Sentyabr- Dövlət Suverenliyi Günü” münasibəti ilə yerli təşkilatın sədri Vüqar Seyidovun təbriklərini tədbir iştirakçılarına çatdırmışdır. Nərgiz Çıraqova onu da xüsusi olaraq vurğulamışdır ki, 19 sentyabr 2024-cü il tarixində Prezident İlham Əliyevin imzaladığı Sərəncamla 20 sentyabr “Dövlət Suverenliyi Günü” elan edildi. Bu qərar həm xalqımızın tarixi yaddaşını möhkəmləndirir, həm də gələcək nəsillərə müstəqilliyin qorunmasının nə qədər önəmli olduğunu xatırladır. Suveren dövlət milli varlığımızın əsasıdır.
Çıxış edən digər çıxışçılar bildirmişlər ki, 19 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan xalqının mübarizə iradəsinin, qəhrəman Ordumuzun rəşadətinin və dövlətimizin siyasi iradəsinin simvoludur.
Tədbir daha sonra 277 saylı körplər evi və uşaq bağçasının balaca fidanların hazırladığı nömrələrlə davam etdirilidi.
Sonda xatirə şəkli çəkdirildi.