Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır

Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır

Solmaz Səfərova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 280 saylı körpələr evi və uşaq bağçasının müdiri

Ulu öndər Heydər Əliyev deyərdi: "Hər bir xalqın milliliyin, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz  yaşayıb və zənginləşibdir.

Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərman latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001 ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin  müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühün hadisə olduğunu nəzərə alaraq imzalayıb.                                     

1995-ci ildə Azərbaycan Respublikasının Konstitulsiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Ana dilin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasında aslı olmayaraq, hər bir Azərbaycanlı öz ana dilini,dinini milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir.

Ümummilli Liderimiz  Heydər Əliyev deyərdi: "Dilə ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formul yoxdur. Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin Siyasi xətti Prezident İlham Əliyev tərəfindən imamla davam etdirilir.    

Prezident İlham Əliyevin Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004 –cü il tarixli Sərəncamına əsasən 2004 və 2008 –ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanmışdır.