Cənab Prezidentin idmana göstərdiyi ali diqqət və qayğı inkişafa səbəb olur

Cənab Prezidentin idmana göstərdiyi ali diqqət və qayğı inkişafa səbəb olur

Məlahət İsmayılova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Azərbaycan xalqı vətənpərvər bir xalqdır və hər zaman öz igid oğulları ilə dünyada sözünü  demiş bir xalq olmuşdur. 2020-ci il II Qarabağ döyüşlərində də xalqımızın igid oğulları torpaqlarımızı düşmən tapdağından azad elədi. Hər birimiz Prezidentimiz cənab İlham  Əliyevin ətrafında birləşərək bu haqq savaşında qalib gəldik.

Bildiyimiz kimi, yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilmişdir. Prezident cənab İlham  Əliyev çıxışında onu vurğulamışdır ki, keçən il Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Ölkəmizin bütün rayon və şəhərlərində Olimpiya mərkəzləri fəaliyyət göstərir. Hər zaman cənab Prezident tərəfindən diqqətdə saxlanılan və xüsusi dəstək göstərilən sahələrdən biri də məhz idman sahəsidir. Bunun nəticəsidir ki, Azərbaycanda 2016-cı ildə dünyada ilk dəfə olaraq yay olimpiya oyunları məhz Azərbaycanda keçirildi.Yeni stadionlar, idman zalları inşa edildi. Bundan başqa, 2017-ci ildə Azərbaycan İslam Həmrəylik Oyunları və “Formula-1”- ə ev sahibliyi etdi.

Bütün bunlar Prezidentimizin necə də qayğı göstərməsinin, dəyər verməsinin bariz nümunəsidir. Son zamanlar idmanda qazanılmış uğurlar bunu deməyə əsas verir. Futbolda Qarabağ futbol komandası avroliqanın artıq ikinci dəfədir ki, qrup mərhələsinə yüksəlmiş, əzmkarlıqla oyun nümayış etdirmişdir. Cənab Prezident bu komandanın oyunçularını qəbul etmiş, onlarla səmimi  söhbət etmiş və onları daha da ruhlandırmışdır.

Bunlar onu deməyə əsas verir ki, cənab İlham Əliyevin göstərdiyi qayğı ilə Azərbaycan xalqı daha da çox bu sahədə uğur qazanacaq. Qeyd etmək istəyərdim ki, işğaldan azad edilmiş torpaqlarda inşa ediləcək idman meydançalarında məşq edən gənclərimiz üç rəngli bayrağımızı dünya arenalarında birinciliyə daşıyacaq.