COP29 - Yaşıl Dünya Naminə Azərbaycan

COP29 - Yaşıl Dünya Naminə Azərbaycan

Ziyafət Tağıyeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Hövsan Sağlamlıq Mərkəzinin  baş həkimi 

İqlim dəyişikliyi ilə mübarizə tədbirləri kompleksidir. Hazırki, dövrdə dünyada insan fəaliyyəti nəticəsində müharibələr, enerji qaynaqlarının qeyri-düzgün istismarı, aşağı səviyyəli texnologiya ilə iqlimin zərərli maddələrlə çirklənməsidir. Bu il bu tədbir Azərbaycanımızda keçirilir. Bu isə təsadüfi hal deyil. Çünki Azərbaycan öz sənayesini inkişaf etdirməklə, yaşıllaşdırma işlərinə geniş miqyas verməklə, az tullantılı və tullantısız istehsala keçməklə bu tədbirə ev sahibliyi etməyə tam haqqı olduğunu isbat etmişdir.

Həmçinin Avropa-Olimpiya oyunlarına, Formula 1, İslam oyunlarına və daha çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etməklə etibarlı, məsuliyyətli və təhlükəsiz tərəfdaş olduğunu bütün dünyaya çatdırmışdır. Nəticədə bütün bunların hamısı COP29 kimi geniş miqyaslı konfransın Azərbaycanda keçirilməsinə zəmin yaratmışdır.

Azərbaycan bütün bu tədbirlərlə digər dünya ölkələrinə həm dəstəkdir, həm də bir nümunə. Məsələn, ölkəmiz iqlim dəyişikliyi ilə əziyyət çəkən ölkələrə 10 milyon ABŞ dolları məbləğində yardım göstərmişdir. Bu həm də, özünü dünyada xeyriyyə işlərinin carçısı kimi göstərməyə çalışan bəzi dövlətlərin qısqanclığına da səbəb olmuşdur.

Bildiyimiz kimi Fransa 1966-1996-cı illər ərzində Polineziyada keçirtdiyi 193 nüvə silahı sınağıyla sözügedən ölkənin ətraf mühitinə təsəvvür edin nə dərəcədə ziyan vurmuşdur. Avropanın əsas diplomatı Cozep Bordell Azərbaycanı bəyənmirsə, bu faktlara daha diqqətli və ədalətli baxsın.

Onu da qeyd edim ki, Azərbaycan bütün bu faktlara görə daim belə möhtəbər beynəlxalq  konfranslara ev sahibliyi etməyə davam edəcəkdir.