COP-29-da dünya ölkələri ətraf mühitin çirklənməsinin qarşısının alınması təmiz enerji mənbələrinə keçidlə bağlı öhdəliklər götürür

COP-29-da dünya ölkələri ətraf mühitin çirklənməsinin qarşısının alınması təmiz enerji mənbələrinə keçidlə bağlı öhdəliklər götürür
Arzu Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 226 nömrəli tam orta məktəbin direktoru
Məlum olduğu kimi bu günlərdə bütün dünyanın diqqəti Azərbaycana yönəlib. Paytaxtımız Bakı BMT-nin İqlim Dəyişiklikləri Konfransı COP29-a ev sahibliyi edir. Bu mötəbər tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının nəinki ölkəmizin hətta bütün dünyanın ekoloji problemlərinin həllinə kömək sahəsində səylərinin göstəricisidir.
COP-29-da dünya ölkələri ətraf mühitin çirklənməsinin qarşısının alınması təmiz enerji mənbələrinə keçidlə bağlı öhdəliklər götürür. Prezident İlham Əliyevin rəhbərliyi altında bu sahədə Azərbaycanda mühüm islahatlar həyata keçirilmiş, bərpa olunan enerji mənbələrinə, külək və günəş enerjilərinə böyük sərmayələr yatırılmışdır. Gələcəkdə elektrik enerjisinin bir hissəsinin bu mənbələrdən alınması əsas məqsəd kimi qarşıya qoyulub. Bu fakt Azərbaycanın ekoloji dayanıqlıq və iqlim dəyişikliklərinə qarşı mübarizəsinin göstəricisidir.
Prezidentimizin Sammitdəki çıxışı dünya liderləri tərəfindən maraqla qarşılandı. Prezident İlham Əliyev vurğuladı: “Azərbaycanın bu mötəbər tədbirə sahiblik etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir.” Daha sonra Prezident bildirdi ki, ölkəmiz ölkələr arasında konsensusun tapılmasına töhfə verəcək. Azərbaycanın Meqa layihələri Avrasiyada enerji və daşımalar yolunu dəyişib. Hətta Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək. Bu və digər enerji təhlükəsizliyi layihələri həyata keçmək üzrədir.
Prezident İlham Əliyev iştirakçıların diqqətini Azərbaycan-Ermənistan münasibətlərinə yönəldərək bildirdi ki, uzun müddət torpaqlarımız işğal altında olsa da bütün beynəlxalq sənədlər kağız üzərində qalmışdır. Azərbaycan torpaqlarımızı azad etmək üçün Ermənistanın hücumuna əks hücumla cavab verərək hücuma son qoydu. Yəni bizim işimiz haqq işidir və bu mesaj dünyaya çatdırıldı. Hətta Azərbaycan COP29-a ev sahibliyi edərkən bəzi ölkələr Azərbaycana qarşı qarayaxma kampaniyası başladı. Bu onu göstərir ki, ekoloji problemlər onları düşündürmür. Bu ölkələrin siyasətçilərinə dərs vermək adəti, siyasi riyakarlıq xasdır. Buna baxmayaraq onların bu mənfur təbliğatı nəticə vermədi və Azərbaycan bu gün bütün dünya ölkələrindən qonaqları qəbul edir.
Azərbaycan bundan sonra da iqlim dəyişikliklərinə qarşı səylərini fəal şəkildə davam etdirəcək və ekoloji problemlərin həllində həmişə öndə olacaq.