BƏƏ Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstək verdiyini dəfələrlə təsdiqləmişdir

BƏƏ Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstək verdiyini dəfələrlə təsdiqləmişdir

Şəfəq İbişova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayon 76 nömrəli tam orta məktəbin direktoru

Məlum olduğu kimi, yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında mühüm məsələlərə toxunub.

Dövlət başçısı Əbu-Dabidə keçirilən Davamlılıq Həftəsinin açılış mərasimindəki çıxışında bərpaolunan enerji mənbələrinin əhəmiyyətini vurğulayıb və Azərbaycanın bu sahədə böyük potensiala malik olduğunu, bərpaolunan enerji mənbələrini inkişaf etdirərək həm ixracatların genişləndiriləcəyini, həm də ekoloji cəhətdən təmiz bir iqtisadiyyat yaradılacağını ifadə edib.

İlham Əliyev bildirib ki, o, tərəfdaşları ilə iki il əvvəl  “Cənub Qaz Dəhlizi” layihəsini başa çatdırıb və Azərbaycandan Cənubi Avropaya 3500 kilometr uzunluğunda təbii qaz kəməri çəkilib. Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumu və sazişlər sayəsində təqribən 22 qiqavat külək və günəş enerjisi istehsal ediləcəyini qeyd edən cənab Prezident "Azərbaycanda çox müsbət investisiya mühiti var. Biz neft-qaz sektoruna böyük investisiyalar cəlb etmişik. İndi hədəfimiz bərpaolunan enerjidir. Bizim böyük planlarımız var və əminəm ki, biz bunları edə biləcəyik" ifadələrindən istifadə etmişdir.

İxrac  marşurtlarımız genişdir. Biz Birləşmiş Ərəb Əmirliyinə və bir sıra Avropa ölkələrinə enerji, neft, neft məhsulları ixrac edirik. Azərbaycanda investisiya mühiti çox müsbətdir. Bunun üçün Azərbaycanda zəngin və böyük potensial vardır. Düşmən tapdağından azad etdiyimiz ərazilərdə külək, günəş enerji sahələri vardır.

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlər inkişaf dinamikliyi, hüquqi bazası və qarşılıqlı hörmət kəsb edən məqamlarla səciyyələnir. BƏƏ Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə dəstək verdiyini dəfələrlə təsdiqləmişdir. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərinin yekunları ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini və bu cür görüşlərin münasibətləri daha yüksək səviyyəyə qaldıracağını bir daha təsdiqlədi.