Arzu Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 226 nömrəli tam orta məktəbin direktoru
Qoşulmayanlar hərəkatının əsasını II Dünya müharibəsindən sonra müstəqillik əldə etmiş dövlətlər təşkil edir.
Onlar ilk dəfə öz siyası varlıqlarını 1955-ci ildə Bandunq konfransında bildirdilər. Hərəkat özü isə 1961-ci ildə yaradıldı. Onun yaradılması təşəbbüsçüsü Yuqosloviya, Hindistan, Misir dövlətləri oldu. Azərbaycan Respublikası isə 2011-ci ildən onun üzvüdür.
Təşkilata üzv olduğu dövrdən Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda onun fəaliyyətində yeni canlanma yaranmışdır. 2019-2022-ci ildən sədrliyi öz üzərinə götürmüş Azərbaycanın sədrliyinin daha bir il uzadılması buna əyani sübutdur. Bu yüksək etimaddır. Respublikamız prinsipial mövqe sərgiləyərək təşkilat üzvlərinin maraqlarını qorumuşdur.
Respublikamızın təşkilata rəhbərliyinin ilk illəri çətin dövrə pandemiya dövrünə düşsə də, dövlətimiz bu vəziyyətdən də üzü ağ çıxdı. Zəngin dövlətlərin “peyvənd millətçiliyi”nə etiraz BMT–nin 2020-ci ilin dekabrın da bu dövlətlərlə bağlı Baş Assanbleyasının keçirilməsi ilə nəticələndi. Hərəkatın çoxşaxəli fəliyyətini təmin etmək məqsədilə Azərbaycanın təklifləri ilə hərəkatın Parlament şəbəkəsi və Gənclər Təşkilatı yaradılıb. Dövlətimiz postpandemiya ilə bağlı təşkilatın yeni sammitini də Bakıda uğurla təşkil etdi. Azərbaycan koronovirusla mübarizədə ehtiyacı olan ölkələrə milyonlarla dollar yardım etmiş, bir neçə dövləti isə peyvəndlərlə təmin etmişdir.
XXI əsr yeni dünya nizamının yaradılması ilə yadda qalacaq. Bu nizamda BMT artıq islahatlara ehtiyac duyur. Azərbaycan BMT TŞ-nin tərkibinin genişləndirilməsinin və hərəkata daimi bir yer verilməsinin tərəfdarıdır.
II Dünya müharıbəsindən sonra müstəmləkə sistemi dağılsa da yeni müstəmləkəçilik meylləri hələdə qalmaqdadır. Bu ölkələrdən biri də keçən əsrin 50-60-cı illərində Afrikada ( Əlcəzair) törətdiyi qətliamla yadda qalan Fransadır. Hazırda Fransa bu iyrənc müstəmləkə sistemini saxlamağa cəhd edir. O Qəmər adalarının Mayat üzərində suverenliyinə, Yeni Kaledoniya xalqının qanuni hüquqlarına hörmət etmədiyi halda, digər ölkələrin daxili işlərinə qarışır. Azərbaycanda separatizmi dəstəkləyir, Cənubi Qafqazda mənfur müstəmləkəçilik siyasətini tətbiq etməyə çalışır.
Fransa Əlcazairdə və Cənub Şərqi Asiya ölkələrində törədiklərinə görə həmin ölkələrdən rəsmən üzr istəməlidir. Fransada bu yaxınlarda Əlcəzair əsilli yeniyetmənin öldürülməsi faktı, bu ölkədə irqçilik və islamafobiyanın əlamətidir. Fransa senatında bəziləri belə ruhda çıxışlar etməkdən belə çəkinmirlər. BMT Fransada irqçilik və ayrı-seçkiliyi həll etməyə çağıran bəyanat yaymışdır. Fransa respublkamızın daxili işlərinə qarışaraq guya erməni əhalisinin ana dilindən istifadə edə bilməməsi kimi yalançı fikirlər söylədiyi halda Korsika dilinə qadağa qoyur, ikili standart nümayiş etdirir. Məqsəd erməni vətəndaşlarının Azərbaycan cəmiyyətinə inteqrasiyasına mane olmaqdır.
Bu gün Azərbaycan müasir dünyanın əsas problemi olan iqlim dəyişikliyi, su qıtlığı, ərzaq təhlükəsizliyi, məcburi miqrasiya məsələlərinin həlli istiqamətində böyük işlər görür, müxtəlif təşəbbüslərlə çıxış edir. Tolerant Azərbaycan avropada dini dözümsüzlüyü sərt qınayır. 30-il ərzində erməni işğalı altında olan və 44 günlük müharibədə azad edilən ərazilərimizdə tarixi mədəniyyət abidələrimiz, məscidlərimiz dağıdılıb, qarət və təhqir edilib. Ekologiyaya ağır zərbə vurulub. Minalanmış ərazilərdə isə yüzlərlə Azərbaycanlı həlak olmuş, yaralanmışdır. Bu əhalimizin azad edilmiş doğma torpaqlarına qayıdışını ləngidir. Qoşulmama hərəkatı üzvləri otuz il ərzində torpaqları ermənistan tərəfində işğal edilmiş Azərbaycanın haqq işini daimi müdafiyə etmişdir. BMT TŞ-də Azərbayacana qarşı qərəzli bəyanatların qarşısını almışdır. Rəsmi İrəvan həm birinci, həm də ikinci Qarabağ müharibəsindəki hərbi cinayətləri Qoşulmama hərakatı üzvlərinin diqqətinə çatdırılmışdır.
2023-cü il iyulun 5-də Qoşulmama hərəkatının yeni sammitinin Bakıda keçirilməsi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və dövlətimizə göstərilən böyük etimadın daha bir nümunəsi oldu. İnanırıq ki, Resublikamız bundan sonrada bu təşkilatın ən fəal üzvü kimi nəinki öz dövlətimizin maraqlarını, həm də hərəkata daxil olan dövlətlərin mənafeyini uğurla qoruyacaqdır.