Böyük Qayıdışı həm də əbədi qayıdışdır

Böyük Qayıdışı həm də əbədi qayıdışdır

Kəmalə Məmmədova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 270 nömrəli tam orta məktəbin direktor vəzifəsini icra edən

Xalqımıza Füzuli şəhərinin işğaldan azad olunması müjdəsini verəndə möhtərəm Prezidentimiz işlətdiyi bir cümlə indiki kimi yadımdadır: Cənab Prezident dedi ki, düşmən şəhəri elə bir səviyyədə  dağıdıb ki, bayraq sancmağa bir salamat bina tapa bilmirik. Məqsədimiz erməni vandalizmi, erməni resedivizmi haqqında məlumat vermək deyil. Bunu onsuz da, haqsevərlər bilir. Ermənisevərlərə isə anlatmaq mümkün deyil. Çünki onlar kor tutduğundan əl çəkməyən kimi kiçik bacılarının ətəyindən bərk-bərk yapışıblar. Məqsədimiz işğaldan azad olunmuş ərazilərimizdə bərpa işlərinə hansı səviyyədən və necə başlamağımızı göstərməkdir.

Bu başlama sıfırdan da aşağıdan başlamadır. Sıfırdan başlama belə olardı ki, boş ərazidə şəhər, kənd salasan, infrastruktur qurasan. Bizsə həmin əraziləri bərpaya qədər hələ təmizləməliyik də. Təkcə dağıntılardanı yox, həm də minalardan təmizləməliyik.

Bəli, biz qayıtmalı idik və qayıtdıq da. Bu sadə qayıdış yox, “Böyük qayıdış”dır. Elə sərəncam da belə yazılıb: “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışına dair l Dövlət Proqramı”.

Bu qayıdış xalqımızın, dövlətimizin həyatında müstəsna rol oynayır. Ona görə də pərakəndəliyə qətiyyən yol verməməli, elmi, iqtisadi cəhətdən dəqiqliklə yerinə yetirilməlidir. Elə buna görə də dövlət tərəfindən işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili məqsədilə inzibati ərazi bölgüsünə uyğun olaraq, hər rayon üzrə xüsusi idarəetmənin həyata keçirən müvəqqəti komendantlıqlar və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri formalaşdırılmışdır.

Bu qayıdışın uğurla həyata keçirilməsi üçün ilk öncə təhlükəsizlik təmin olunmuşdur ki, bunun da keşiyində rəşadətli Azərbaycan ordusu dayanır. Daha sonra infrastruktur yaradılmalıdır. Bu sahədə  də işlər yüksək sürətlə reallaşmaqdadır. Bunların içərisində yol strukturu daha önəmlidir. Qürurla demək olar ki, bu sahədə işləri əksəriyyəti yerinə yetirilmişdir. Hava limanların tikilməsi prossesi də sürətlə yərinə yetirilməlidir. Artıq Füzuli hava limanı ilk təyyarələrini qəbul edir.

Artıq xeyli vaxtdır ki, yaşayış məskənlərinin bərpasına başlanılıb. Bu sahədə şəhərsalmanın müasir prinsiplərinə ciddi şəkildə riayət olunur. Ağalı kəndinin timsalında ağıllı kənd öz sakinlərini qəbul da edib.

Dövlət səviyyəsində bura qayıdan sakinlərinin məşğulluq məsələsi də nəzərə alınmışdır. Qayıdacaq əhalinin hansı hissəsinin hansı sahələrdə çalışacaqları da rəqəmlərlə ifadə olunmaqdadır.

Bu elə bir qayıdışdır ki, onu həyata keçirəcək proqramda ekoloji məsələlər belə nəzərdə tutulmuşdur. Bu isə Böyük Qayıdışın həm də əbədi qayıdış olmasının xəbəridir. Adından da göründüyü kimi bu birinci proqramdır və 2026-cı ilə qədər reallaşacaq. Daha sonra növbəti proqram qəbul olunacaq və ora qayıdacaq insanların azad, xoşbəxt həyatı təmin olunacaq. Bu isə hamımızın arzusudur.