Bizim başladığımız lahiyələr isə Avropanın enerji xəristəsini dəyişməkdədir
Xəyyam Nəbiyev
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 270 nömrəli tam orta məktəbin müəllimi
Heç kimə sirr deyil ki, ölkələrin dünya miqyasında çəkisi artıq onun ərazisinin böyüklüyü və ya əhalisinin çoxluğu ilə ölçülmür. Əhalisi və ərazisi bizdən qat-qat çox olan o qədər ölkələr var ki. Hər şey düzgün aparılmış siyasətdən asılıdır. Bu cəhətdən hər bir Azərbaycanlının qürur duymaq haqqı vardır. Çünki bizim ölkəmiz günbəgün öz siyasi çəkisini artırmaqdadır. Bu da o səbəbdən baş verir ki, Azərbaycana dünyada baş verən iqtisadi-siyasi prosesləri böyük məharətlə təhlil edən və həmin proseslərdən ölkəmizin mənafeyi baxımından faydalana bilən bir lider rəhbərlik edir.
Yürüdülən düzgün siyasət hərbi müstəvidə də möhkəmləndikdən sonra ölkəmizin Avropada ümumi dünyada siyasi çəksi daha da artmış, ona maraq xüsusi əhəmiyyət kəsb etmişdir. Bu fonda Avropa Komissiyasının Prezidenti xanım Fonder Lyaya ölkəmizə səfər etmiş və Prezident İlham Əliyevlə görüşmüşdür. Görüşün sonu birgə bəyanatla yekunlaşmışdır.
Ölkəmiz on beş ildən artıqdır ki, Avropa Komissiyası ilə əməkdaşlıq edir. Bizim başladığımız lahiyələr isə Avropanın enerji xəristəsini dəyişməkdədir. Əslində neçə illərdir ki, Azərbaycan qazı Avropaya çatdırılmaqdadır. Azərbaycan Prezientinin siyasi iradəsini görən Avropa anlayır ki, ölkəmiz təkcə öz enerjisini Avropaya verməklə əhəmiyyətli deyil. Biz karbohidrogenlərlə zəngin digər regionların enerji ehtiyatlarında qoca qitəyə çatdırmaqda da dəyərli tranzit ölkə ola bilərik.
Azərbaycan təkcə enerji mənbəyi deyil, eyni zamanda bu enerjinin ötürülməsinin təhlükəsizliyini də təmin etmək iqtidarındadır. Azərbaycan həm də bərpa olunan enerji sahəsində də ciddi tərəfdaş ola bilər. İmzalanan memorandum gələcək əməkdaşlığımızın yol xəritəsidir. Azərbaycan Avropa İttifaqının birgə əməkdaşlığının böyük gələcəyi var və bütün bunlar xalqlarımızın rifahının yüksəldilməsinə hesablanıb.