Bir sözlə Qarabağımıza yeni nəfəs gəlir
Südabə Yaqubova
Suraxanı Tibb Mərkəzinin direktor müavini
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
SSRİ-nin süqutundan sonra Ermənistan xarici havadarlarının və Azərbaycanın müstəqilliyini gözü götürməyən qüvvələrin himayəsi ilə işğalçılıq siyasətini davam etdirmişdir. Azərbaycan ərazisinin 20 faizini zəbt etmiş və bir milyondan artıq soydaşımızın öz ata-baba yurdlarından didərgin salaraq onları məcburi köçkün vəziyyətinə salmışdır. Azərbaycan heç vaxt bu işğalla barışmamış və ərazi bütövlüyümüzün təmin olunması üçün bütün imkanlarından istifadə etmişdir.
2020-ci il sentyabrın 27-də Ermənistanın başladığı müharibə onlara çox baha başa gəldi. Ermənistan üzərindəki tarixi qələbəmizin sevinci məhz Cəbrayıl rayonundan başladı. Azərbaycan Ordusu 44 gün ərzində Ermənistan silahlı qüvvələrini darmadağın edərək noyabrın 10-da işğalçı ölkəni rəsmən təslim olmağa vadar etdi.
Artıq soydaşlarımızın öz doğma yurdlarına qayıtmasına - Böyük Qayıdışa hazırlıq işləri gedir. Ermənistan 30 il ərzində doğma torpaqlarımızı yerlə-yeksan etmişdir. Bu dağıntıları aradan qaldırmaq, şəhərlərimizin əvvəlki gözəl görkəmini bərpa etmək üçün genişmiqyaslı işlərə böyük ehtiyac vardır. Azərbaycan bu işləri öz daxili maliyyə imkanları hesabına həyata keçirir. Bir sözlə Qarabağımıza yeni nəfəs gəlir!
Dövlət başçısı İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən xalqımızın, Azərbaycan Ordusunun yaşanan qələbəylə fəxr etməyə, başını uca tutmağa tam haqqı var.