Bir kərə yüksələn bayraq, bir daha enməz

Bir kərə yüksələn bayraq, bir daha enməz
Əzizə Aqamədova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 114 nömrəli tam orta məktəbin müəllimi
Dövlət bayrağımız suverenliyimizin rəmzidir. O bayraq ki, xalqın kimliyinin, düşüncə tərzinin və mənəvi dünyasının görünən ən şəffav, ən işıqlı meyarıdır. Azərbaycan Respublikasının rəsmi simvollarından biri olan üçrəngli bayrağımız ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir.
Bayrağın üzərində mavi rəng, qırmızı rəng, yaşıl rəng və qırmızı zolağın ortasında ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. Bayraq üç rəngli parçadan (trikolor) ibarətdir. Bayrağın mavi rəngi türkçülüyü, qırmızı müasir cəmiyyət, demokratiyanı, yaşıl rəng isə İslamçılığı tərənnüm edir.
2009-cu il noyabrın 17-də Prezident İlham Əliyev “ Azərbaycan Respublikasının təsis edilməsi” haqqında Sərəncam imzalıyıb. Hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü təntənəli şəkildə qeyd edilir. Qürur mənbəyimiz oln bayrağımız haqqında böyük şəxsiyətlərimizin kəlamları dillər əzbərimizdir.
Xalq Cümhuriyyətinin banisi Məmmədəmin Rəsulzadə demişdir: “ Bir kərə yüksələn bayraq, bir daha enməz!”
Ümummilli lider Heydər Əliyev isə öz çıxışlarında söyləmişdir: “Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə demişdir: “ Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndində, Şuşada dalğalanacaqdır!”
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Qalib ölkənin qalib bayrağı, sənə zirvələr yaraşır! Ucal, qocal, dalğalan Azərbaycan səmasında qürurla, mətnlə, əzmlə!