Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq qaydaları daha da təhdid edir

Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq qaydaları daha da təhdid edir
Xəyalə Əzizova 
Yeni Azərbaycan Partiyasının fəal üzvü
Suraxanı rayonu, 101 nömrəli tam orta məktəbin direktoru
İqlim dəyişikliyi bəşəriyyət üçün digər bir təhdiddir və su qıtlığı, ərzaq çatışmazlığı və məcburi miqrasiya kimi ciddi problemlərə səbəb olur. 2023-cü il martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zirvə görüşündə iştirak edib. Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbiri açaraq iştirakçıları salamlamlayıb, Türkiyə və Suriyada baş vermiş zəlzələlərin qurbanlarının xatirəsi dövlət başçısının təklifi ilə bir dəqiqəlik sükutla yad edilib.
Qoşulmama Hərəkatının məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra “Covid-19”a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı oldu. 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsü irəli sürüldü. Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşçi Qrupunun yaradılması qərara alındı. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün bu məlumat bazasından istifadə etmişdi.
2021-ci ildə Belqradda keçirilən Yüksək Səviyyəli yubiley görüşündə Azərbaycan Prezidenti Hərəkatın “Covid-19”dan sonrakı dövrlə bağlı mövqeyini formalaşdırmaq məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli görüşünün keçirilməsi ideyasını irəli sürdü.
Son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir və multilateralizm təhlükə altındadır. Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq qaydaları daha da təhdid edir.
Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir.
İnkişaf edən kiçik ada ölkələri daha çox diqqətəlayiqdir. Çünki onlar iqlim dəyişikliyinin təsirlərinə daha həssas olduqları üçün yer üzündən silinmək təhlükəsi ilə üzləşiblər. İqlim dəyişikliyi sosial sabitliyə də birbaşa təsir göstərir. Ona görə də bu istiqamətdə ictimai maarifləndirmə işləri daha da genişləndirilməlidir. İqlim dəyişikliyinin nəticələri kollektiv şəkildə aradan qaldırılmalı və risklərin azaldılması istiqamətində addımlar atılmalıdır.
Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə yüksəksəviyyəli nümayəndələrin iştirakı bir daha onu göstərir ki, Azərbaycan təşkilatın fəaliyyətinə mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunduğu mühüm toplantıya ev sahibliyi etməsi ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin təzahürüdür.