Beynəlxalq biznes forumunda Azərbaycanın əlverişli biznesi və innovasiya mühiti, parkları, aqroparklar barədə məlumat verilib
Vüsalə Məmmədova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 232 nömrəli tam orta məktəbin müəllimi
Bakıda 18 may tarixində Litva keçirilən biznes forumda Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyatının şaxələndirilməsində kənd təsərrüfatının rolu böyükdür. Bildiyimiz kimi Azərbaycanın zəngin aqroiqlim ehtiyatı, relyef və geomorfoloji xüsusiyyətlərinin müxtəlifliyinə əsasən bir çox faydalı qazıntıların çıxarılması, emalı və kənd təsərrüfatının o cümlədən heyvandarlığın və əkinçiliyin inkişafına səbəb olmuşdur. Kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın, tütünçülüyün, baramaçılığın sürətlə inkişafı, kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması və emal sənayesinin genişlənməsi istiqamətində dövlət dəstəyinin gücləndirilməsi ilə əlaqədar bir sıra hüquqi aktlar, o cümlədən dövlət proqramları qəbul edilmişdir. Eləcə də, ölkənin ixrac potensialının artması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların innovativ qabiliyyətlərinin artırılması, yüksək məhsuldarlığın əldə olunması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı prosesində intensiv metodlarının geniş tətbiqində istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiyanın formalaşmasında önəmli rolu olan arqo parkların yaradılması istiqamətində mühüm addımlar atılmışdır
Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 6dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsinin maliyyəyə çıxışının asanlaşdırılması" sərlövhəli 3-cü strateji hədəfində nəzərdə tutulmuş piroritetlərdə əhatə edilmiş tədbirlərin həyata keçirilməsini sürətləndirmək zərurəti yaradılmışdır.
Beynəlxalq biznes forumunda həmçinin Azərbaycanın əlverişli biznesi və innovasiya mühiti, güzəştlərin tətbiq edildiyi sənaye parkları, aqroparklar barədə məlumat verilib. 2030 -cu ilədək sosial-iqtisadi inkişaf prioritetləri Litva ilə tərəfdaşlığın inkişafına şərait yaradacaq.Belə ki,"Yaşıl iqtisadiyyatın genişləndirilməsi və işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətlərində əməkdaşlıq üçün böyük perspektivlər var.
Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycan qlobal ticarətdə ən mühüm rollardan birini oynayır və oynayacaqdır.Yaşıl iqtisadiyyat və innovasiyalarla bağlı məqsədlər bizim gələcəkdə iqtisadi perspektivlərimizi və gücümüzü şərtləndirən əsas meyarlardan olacaq.