“Beynəlxalq Kopernik Olimpiadası”nın qızıl medalına layiq görülmüş Qəndab Məmmədova ilə görüş keçirilmişdir

“Beynəlxalq Kopernik Olimpiadası”nın qızıl medalına layiq görülmüş Qəndab Məmmədova ilə görüş keçirilmişdir

14.02.2023-cü ildə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında Suraxanı rayonu 279 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi, “Beynəlxalq Kopernik Olimpiadası”nın fizika-astronomiya fənləri üzrə ABŞ-da keçirilən final mərhələsində ölkəmizi uğurla təmsil edərək qızıl medala layiq görülmüş Məmmədova Qəndab Şaiq qızı ilə bir qrup gəncin görüşü keçirilmişdir. Görüşdə Suraxanı rayon 279 nömrəli tam orta məktəbin direktoru Südabə Abdullayeva və bir qrup YAP Suraxanı rayon təşkilatının fəal gənci iştirak etmişlər.

Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov gəncləri salamlayaraq, Qəndab Məmmədova və onun əldə etdiyi uğurlar haqqında geniş məlumat vermişdir. Vüqar Seyidov onu qeyd etmişdir ki, Suraxanı rayonunda bütün ölkə ərazisində olduğu kimi gənclərə qarşı xüsusi diqqət var. Prezident cənab İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın gənclərə münasibətinin etalon olduğunu vurğulayan yerli təşkilatın sədri gənclər üçün bütün lazımi şəraitin yaradıldığını dedi. Daha sonra YAP Suraxanı rayon təşkilatının çoxminli üzvləri adından Qəndaba noutbuku təqdim edən Vüqar Seyidov ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Qəbula və hədiyyəyə görə YAP Suraxanı rayon təşkilatına və onun sədri Vüqar Seyidova öz dərin minnətdarlığını bildirən gənc Qəndab Məmmədova Azərbaycan adını, bayrağını elm sahəsində zirvələrə qaldırmaqdan fəxarət hissi duyduğunu qeyd etmişdir. 

Sonda xatirə şəkili çəkdirilmişdir.