Baykal-Amur Magistralının 50 illik yubileyi qeyd edildi
Gülnar Əliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonuş, 101 nömrəli tam orta məktəbin müəllimi
Vaxtilə Azərbaycan və Rusiya vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Ölkəmizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur.
Azərbaycan-Rusiya əlaqələri dövlətimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Müstəqil Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də qurulub. Siyasi münasibətlərin inkişaf etdirilməsi bir çox məsələlərə iqtisadi, eləcə də münasibətlərin genişləndirilməsinə də müsbət təsir göstərir.
Azərbaycan Prezidentinin 2024-cü ilin əvvəllərindən Rusiyaya ilk rəsmi səfəri Azərbaycanın Şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına təkan olub və həmin tarixdən bəri davamlıdır.
2024-cü il Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti və Rusiya Federasiyasının Prezidentləri arasında yenidən təkbətək görüş oldu. Bu görüşdə Baykal-Amur Magistralının 50 illik yubileyi qeyd edildi. Həm də Baykal-Amur Magistralının veteranları ilə görüş baş tutdu və bir çox mövzulara toxunuldu. Vladimir Putin regionda təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəziyyətdən danışılacağını da bildirdi. Vladimir Putin öz çıxışında Ulu Öndər Heydər Əliyevin bu layihənin təşkilatçılarından biri olduğunu, dəfələrlə Heydər Əliyevin tikintiyə baş çəkməyindən, onun gördüyü işlərdən danışdı. O bildirdi ki, Heydər Əliyevin bu nəhəng layihənin həyata keçirilməsinə sərf etdiyi bütün səylər, zəhmət çəkdiyi illər bu gün də təkcə Rusiya üçün deyil, həm də bütün Müstəqil Dövlətlər Birliyi üçün mühüm rola malikdir. Görüşdə Ulu Öndərin xatirəsi yad edildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk olaraq dəvətə və Rusiya rəhbərliyinin , həmçinin ictimaiyyətinin Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtirama görə təşəkkürünü bildirdi. Görüşdə nəqliyyat komponentləri, ticari münasibətlər və regional təhlükəsizlik məsələləri müzakirə olundu.
İlham Əliyev bugünkü görüşün 2 dövlət arasında münasibətlərin inkişafına daha da təkan olacaq.