Bələdiyyə seçkiləri ilə əlaqədar Zığ, Yeni Suraxanı və Qaraçuxur qəsəbələrində səyyar görüşlər davam edir

Bələdiyyə seçkiləri ilə əlaqədar  Zığ, Yeni Suraxanı və Qaraçuxur qəsəbələrində səyyar görüşlər davam edir

12 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu Zığ, Yeni Suraxanı və Qaraçuxur bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə səyyar görüşləri keçirilib.

Seçicilərlə səyyar görüşlər Zığ qəsəbəsi, bina 2A-nın qarşısında namizəd Turan Əliyevin, Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsində namizəd İsgəndər Abdullayevin, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsi və Qaraçuxur qəsəbəsi,  11 - ci döngə ünvanlarında namizəd Mirvari Quliyevanın iştirakı ilə keçirilmişdir.

Hər iki görüşdə YAP-ın namizədləri partiyanın seçki proqramları ilə seçiciləri tanış etmiş və gələcək planları haqqında geniş məlumat vermişlər.

Səyyar görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcələrini vurğulayıblar.