Bələdiyyə seçkiləri ilə əlaqədar Qaraçuxur və Hövsan qəsəbələrində səyyar görüşlərə start verilib

Bələdiyyə seçkiləri ilə əlaqədar Qaraçuxur və Hövsan qəsəbələrində səyyar görüşlərə start verilib

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Suraxanı rayonu Qaraçuxur və Hövsan bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə səyyar görüşləri keçirilib.

Seçicilərlə səyyar görüşlər Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “AB”yaşayış sahəsi 38 saylı binanın qarşısında namizədlər İxtiyar Nəcəfov, Kənan Qasımlı və Hövsan qəsəbəsi Oktay Şabanov küçəsi ünvanında namizəd Elburus Xəlilovun iştirakı ilə keçirilmişdir.

Hər iki görüşdə YAP-ın namizədləri partiyanın seçki proqramları ilə seçiciləri tanış etmiş və gələcək planları haqqında geniş məlumat vermişlər.

Səyyar görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcələrini vurğulayıblar.