Rəna Yusifova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu 104 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan Prezidentinin bu yaxınlarda - 10 yanvar 2023-cü ildə yerli televiziyalara verdiyi müsahibə də onu sübut etdi ki, Qarabağ savaşı bir millətin birliyini, gücünü göstərdi. 44 günlük müharibə zamanı yaşından asılı olmayaraq xalq Ali Baş Komandan ətrafında birlik nümayiş etdirərərək birləşdi. Müsahibə zamanı cənab Prezident bunu fəxrlə vurğulamışdır. O bildirmişdir ki, bu müharibə bizim bir xalq kimi nəyə qadir olduğumuzu bildirməklə həm də öz mövcudluğumuzu, varlığımızı sübut etdi. Müharibəni davam etdirmək istəyən qüvvələr əmin olmalıdır ki, biz qonşuluq, dostluq əqidəmizə sadiq bir xalqıq.
Cənab Prezident İlham Əliyev müsahibə zamanı çox böyük problemlərə də toxunmuşdur. O, dünyada gedən böyük iqtisadi hadisələri də xatırlamış, hətta bütün dünyada baş verən qiymət artımı məsələsinə də toxunmuşdur. Məlumdur ki, bu cür vəziyyətlərdən tədricən, yəni sosial layihələr, sosial proqramlarla çıxmaq olar. Biz də anlayırıq ki, ölkəmiz böyük bir müharibədən çıxıb, torpaqlarımızın 20% tamamilə dağılmış vəziyyətdədir. Bütün bunlar böyük vəsait tələb edir. Bu da istər-istəməz insanların həyatına təsir edir. Ancaq prezidentimizin dediyi kimi biz ölkəni gücləndirməklə yanaşı hər bir vətəndaşın daha yaxşı yaşamasına da nail olmalıyıq.
Ölkə başçısı öz çıxışı zamanı insanların əmək haqqının 345 manata çatacağını da vurğulamışdır. Təqaüdçülərin də sosial təminatının artırılması yaşlı nəsil üçün sevindirici haldır. Müsahibə zamanı bu il şəhid ailələrinə, müharibə iştirakçılarına ən azı 1500-dən çox mənzil verilməsi vurğulanmışdır. Bizi çıxış zamanı ən çox sevindirən ölkə başçısının Qarabağ və Şərqi Zəngəzuru bərpa etmək, ordu potensialını gücləndirmək fikridir.
Ölkə başçısı fəxrlə “Qərbi Azərbaycan” mövzusunun beynəlxalq arenaya çıxarılmasını da vurğulamışdır. Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu ondan xəbər verir ki, 2023-cü il “Qayıdış ili” kimi insanların yaddaşında qalacaq. Laçın-Xankəndi yolunda ekofəalların aksiyası bir daha göstərir ki, bu torpağın güclü gəncləri var. Qərb dövlətləri və Hindistan kimi ölkələr müharibəni yenidən başlamaq üçün Ermənistanı silahlandırır. Ancaq onlar bilməlidirlər ki, biz 44 gün ərzində basılmadıq, satılmadıq. Nəyə qadir olduğumuzu göstərdik.