Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 106-cı ildönümü ilə əlaqədar interaktiv dəyirmi masa keçirilmişdir
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 106-cı ildönümü ilə həsr olunmuş interaktiv dəyirmi masa keçirilmişdir. Tədbir Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunmuşdur.
İnteraktiv dəyirmi masanı giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qeyd etmişdir ki, yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Belə ki, Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən, yarandığı dövr üçün inqilabi sayılan bir-çox ünsürləri özündə ehtiva edən dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Yerli təşkilatın sədri onu da bildirib ki, Ümummilli lider Heydər Əliyev dəfələrlə demişdir ki, bu gün biz demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, bunu Xalq Cümhuriyyətinə borcluyuq.
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, Suraxanı rayonu, 318 nömrəli tam orta məktəbin tarix müəllimi Elşad Məmmədov çıxış edərək o dövrlə bağlı ətraflı məlumat vermişdir. Elşad Məmmədov demişdir ki, mövcud olduğu qısa müddət ərzində Cümhuriyyət - Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. Lakin mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki, mümkün olmadı.
YAP Suraxanı rayon təşkilatının fəal gənci, Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbin psixoloqu Ləman Mehtiyeva Azərbaycan Xalq Cümhuriyyətinin Müasir Azərbaycan Respublikasına müsbət psixoloji təsiri ilə bağlı çıxışında vurğulamışdır ki, Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən, yarandığı dövr üçün inqilabi sayılan bir çox ünsürləri özündə ehtiva edən dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi.
YAP Suraxanı rayon təşkilatının fəal gənci, Bakı Dövlət Universitetinin II kurs tələbəsi Kübra Əliyeva çıxış edərək dedi ki, tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi.
Sonda YAP-a yeni daxil olan bir qrup partiya üzvünə vəsiqələri təqdim olunmuşdur.