Azərbaycan və Türkiyə Respublikaları arasındakı münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə qaldırılmışdır
"Dalğa" Elmi İstehsalat Birliyinin şöbə rəisi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Şuşa bəyənnaməsi - 15 iyun 2021-ci ildə Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış bəyənnamədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının prezidenti Rəcəb Təyyib Ərdoğanın Azərbaycan və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində görüşünün tarixi əhəmiyyətini vurğulayaraq 2 dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq etmişdirlər.
Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapmışdır. İki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək, Azərbaycan və Türkiyə Respublikaları arasındakı münasibətlərin keyfiyətcə yeni müttəfiqlik səviyyəsinə qaldırılması onların maraq və mənafelərinə xidmət edir. Sənədin ortaya qoyduğu mühüm məsələlərdən biri də xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdir.
Tərəflər milli və beynəlxalq öhdəliklərini nəzərə almaqla dəniz, hava və kosmos sahələrində qarşılıqlı texnologiya mübadiləsini həyata keçirərək müştərək qabiliyyətlərini həyata keçirmək məqsədilə birgə layihələrini yerinə yetirilmək məqsədilə qarşılıqlı Müdafiə Sənayesi texnologiyalarının inkişaf etdirilməsinə müsbət tövhə verəcəklər. Sahib olduqları silah və sursatla təchiz edəcək və mövcud olmayan istehsal sahələrinin yaradılmasını birgə tədqiqat və istehsalat işlərinin həyata keçirilməsini, Müdafiə Sənayesi qurumlarının texnologiyalar, hərbi təyinatlı məhsullar və xidmətlər sahəsində daxili və beynəlxaq bazarlarda əməkdaşlıq etməsini dəstəkləyəcəklər.
Şuşa bəyənnaməsində qeyd olunmuş Zəngəzur dəhlizi barəsində bir çox önəmli məsələlər öz əksini tapmışdır. Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, siyasi münasibətlər, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və s. sahələr əhatə olunmuşdur.
Prezident cənab İlham Əliyev “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də istəməsə də, istəsə daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır” fikirlərini səsləndirmişdir.
İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa quruculuq işləri, müasir tələblərə cavab verən infrastruktur layihələri ölkələrimizin iqtisadi potensialının göstəricisidir. Düşmən istilasından son nəfəsində qurtulmuş ərazilər, dağılmış, viran qoyulmuş kənd və şəhərlər bu gün dövlətimiz Azərbaycan və Türkiyə arasında sıx əməkdaşlıq sayəsində gülüstana dönür.İndi bu yerlərdə silah səslərini insan səsi, nəfəsi əvəzləyir. İnfrostruktur layihələr, xəstəxanalar, yaşayış binaları, məktəblər, mədəniyyət obyektləri, məscidlər bərpa edilir, muzey, hava limanları tikilir, yollar bərpa edilir və dəmir yolları çəkilir. İndi Qarabağda öz sahibini gəzləyən nə qədər ünvanlar var.
Ali Baş Komandan İlham Əliyev qeyd edib ki, “İkinci Qarabağ savaşı bizim müştərək, ortaq, şanlı tariximizdir. Savaşın son dəqiqəsinə qədər - Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qarşlığı unutmayacaq”