Ceyran Novruzova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədri
Suraxanı rayonu, 114 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim
Azərbaycana Qazaxıstan Prezidentinin rəsmi səfəri 11 mart tarixində baş tutmuşdur. Qazaxıstanla Azərbaycan arasında daim dostluq, qardaşlıq əlaqələri olmuşdur. Buna nümunə işğaldan azad olunan ərazilərimizdən Fizuli rayonunda 12 mart tarixində keçmiş məcburi köçkünlərin övladlarının təhsil alması üçün mərkəzin açılması tədbiri təşkil olundu. Bu mərkəz xalqlarımız və dövlətlərimiz arasında dostluq və qardaşlıq rəmzi mərkəzidir. Həmçinin bu mərkəz Qazaxıstanın ölkəmizin işğaldan azad olunan ərazilərində bərpa işlərinə verdiyi dəstək və ölkəmizə hədiyyəsidir.
Dövlətimizin sülh təşəbbüsünü hər zaman dəstəkləyən Qazaxıstan TransXəzər nəqliyyat dəhlizinin açılışında verdiyi dəstəkdə baza rolunu oynayır. Həmçinin Xəzər dənizi vasitəsilə Xəzərsahili dövlətlər daxil olmaqla daha geniş əlaqələr qurulur. Azərbaycanın coğrafi-strateji mövqeyi dövlətimizin həm şimaldan cənuba, şərqdən-qərbə, eyni zamanda əks istiqamətdə nəqliyyat dəhliz layihələri üçün çox əlverişlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə dövlətlərimiz arasında bir çox yüksək əhəmiyyətli sənədlər imzalanmışdır. Ümumiyyətlə, hər iki ölkənin qarşılıqlı irimiqyaslı layihələrdə investisiya yatırımları hər zaman olub. Dövlətlərarası imzalanan sənədlərə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə “Damu” “Sahibkarlığın İnkişaf Fondu” Səhmdar Cəmiyyəti arasında anlaşma Memorandumu”, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyəti arasında Qazaxıstan neftinin Azərbaycan Respublikası ərazisində tranzit edilən həcmlərinin mərhələli artırılması haqqında Saziş”, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi arasında 2024/2025-ci illər üçün Tədbirlər Planı imzalanmışdır.
3 aprel 2017-ci il tarixli Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında sazişə dəyişikliklər edilməsi haqqında Protokol, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi arasında dəniz gəmilərinin ixtisas diplomlarının qarşılıqlı tanınması haqqında Saziş” kimi yüksək əhəmiyyətli Protokol və Memorandumlar imzalandı.
Prezident İlham Əliyevin bir lider olaraq yüksək nüfuzu ölkəmizə marağı hər zaman artırmışdır. Belə ki, Mərkəzi Asiya ölkələri daxil olmaqla region dövlətlərinin də marağı ölkəmizdə özünəməxsus yer almaqdadır. Dövlətlərimiz arasında qarşılıqlı əlaqələr, ənənəvi dostluq münasibətləri, çoxəsrlik dövrü əhatə edir.
Qazaxıstanda hazırda 200 minə qədər həmvətənlərimiz yaşayır. Bu ölkənin ictimai-siyasi və digər müxtəlif sahələrində fəaliyyət göstərirlər. Prezident İlham Əliyevin Qazaxıstana rəsmi səfəri Türk dövlətlərinin Astanada keçirilən zirvə görüşündə iştirakı məqsədilə həyata keçirilmişdir. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi dövlətlərimizin qarşılıqlı maraq dairəsindədir. 1999-cu ildə yaradılmış Ticari-İqtisadi Əməkdaşlıq üzrə birgə hökümətlərarası komissiya bu yolda mühüm rola malikdir.
Ötən il üçün 598,47 milyon dollarlıq ticarət dövriyyəsi dövlətlərimiz arasında hərtərəfli iqtisadi əlaqələrin qurulmasının və inkişaf etdiirlməsinin bariz nümunəsidir. Bu gün və həmçinin gələcəkdə də bu proses yüksək səviyyədə davam etdiriləcəkdir.