Azərbaycan və Gürcüstan yeni nəalliyətlərin astanasında
Aytən Talıbova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 276 saylı körpələr evi, uşaq bağçasının müdiri
Prezidentimizin səyləri nəticəsindədir. Bütün tarixi hadisələrə, tarixi əməkdaşlıqlara həssaslıqla yanaşan İlham Əliyev bu tarixi əməkdaşlığın davam etməsi üçün bir çox uğurlu addımlar atıb, dərin ənənələr üzərində qurulan münasibətləri hörmətlə davam etdirib. Eyni zamanda dostluğun davam etdirilməsi strateji əməkdaşlıq yolunda atılan uğurlu addımların da göstəricisidir.
Bu gün strateji əməkdaşlığın müttəfiqlik səviyyəsində olması, bir çox sahələr üzrə əməkdaşlıq edilməsi beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləməyimiz dostluq və qardaşlığımızın təcəssümüdür. Bütün qəlbimlə inanıramki, görülən bütün layihələr ölkəmizlə yanaşı bütün Avropa üçün əhəmiyyət kəsb edəcək. Zənn edirəmki ,bu layihələr Azərbaycan və Gürcüstan dostluğu üzərində qurulan möhkəm birliyi əks etdirən bir abidədir. Hansı ki, bu layihələr uzaqgörən, düşünülmüş addımları ilə dünyaya səs salan möhtərəm Prezidentimiz və onu hər çərçivədə dəstəkləyən Gürcüstan prezidenti Salome Zurabişvilli tərəfindən düşünülübdür. Bu görüşdə layihələrlə yanaşı bir çox müzakirələrdə aparıldı. Bunlardan biri də təhlükəsizliyimiz naminə aparılan müzakirələrdir.
II Qarabağ müharibəsi və Ermənistanla sülh danışıqları ilə bağlı baş naziri məlumatlandıran İlham Əliyev bu mövzu haqqında təkcə Gürcüstanda deyil, bütün keçirilən ölkələr arası iclas və təşkilatlarda hər zaman qeyd etmişdir. Azərbaycan təkcə öz xalqı üçün sülh istəmir, Azərbaycan bilirki, sülh müqaviləsi imzalansa Cənubi Qafqaza daimi sülh gələcəkdir. Biz də möhtərəm Prezidentimiz kimi ümid edirik ki, Ermənistan siyasi iradə göstərərək, bu sülh müqaviləsinə razı olacaqdır. Sülh müqaviləsi həmçinin əməkdaşlıqlar üçün böyük imkanlar yaradacaqdır.
Gürcüstanla ticarət dövrüyyəmizin artmasıda bizi sevindirir.Azərbaycan sərmayəsi ilə həyata keçirilən layihələr əməkdaşlığıda gücləndirir.Təbii ki,bu sərmayənin faydalı sərmayədir. Bu layihələr içərisində enerji siyasəti ilə bağlı qərarlar da vardır. Bu layihənin fəaliyyətdə olmağı da müsbət göstəricidir.
Azərbaycan qaz ixracınıda dünya bazarlarına artırmaq fikrindədir. Eyni zamanda Bakı-Tblisi-Ceyhan Neft kəməri ilə ixrac artırılacaq. Bölgəmizin iqtisadi potensialını artırmaq üçün çox gözəl imkanların olduğunuda vurğuladı möhtərəm Prezidentimiz. Bu imkanlara enerji resurslarını, nəqliyyat dəhlizlərini də daxil etdi cənab Prezident. Gürcüstan və Azərbaycan arasında olan yükdaşımalarının 75 faizə artması da çox müsbət nəticədir.
Bakı-Tblisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini 5 milyon tona çatdırmaq fikrindəyik.Bunlar üçün Xəzər üzərindən keçən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac vardır. Bir sözlə bu kimi addımlar ölkəmiz üçün xeyirli və uğurlu addımlar olacaqdır.
Möhtərəm Prezidentin bildirdiyi kimi tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Münasibətlər yaxşı olmadıqda, heç bir ölkə tranzit ölkəyə çevrilə bilməz. Bu iki ölkənin birgə səyinin əsasında dostluq durur. Xalqlarımızın, liderlərimizin dostluğu bunların təzahürüdür. Sonda dost ölkəyə sülh arzulayan İlham Əliyev bir daha onu göstərdi ki, dostluq, hörmət, düzgünlük və mehribançılıq uğurun başlanğıcıdır. Buna görə bu gün Azərbaycan xalqı olaraq övladlarımıza dostluğu,hörməti,paylaşmağı,birliyi və mehriban olmağı aşılamalıyıq. Bu qurulan layihələrdə, atılan və atılacaq addımlarda möhtərəm Prezidentimizə uğurlar və ən əsası can sağlığı arzu edirəm