Azərbaycan öz sözunə sadiq qalan ölkədir
Səmayə Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 126 saylı uşaq bağçasının müdiri
Müasir Azərbaycan özünün yeni bir inkişaf dövrünü yaşayır. Zəfər qazanmış Azərbaycanın hər bir sahəsində onu uğurlar müşayiət edir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə edib, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənib.
Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara əsaslanır. Bu inkişaf göstəriciləri ayrı-ayrı sahələrin paralel tərəqqisi fonunda müşahidə olunur. Azərbaycanın dinamik inkişafı bu il də uğurla davam etməkdədir. Müşahidə etdiyimiz müsbət inkişaf tendensiyalar, əldə olunan nəticələr bunu bir daha deməyə əsas verir.
Azərbaycan iqtisadi müstəqillik əldə edərək, beynəlxalq müstəvidə, güclü bir dövlətə cevrilmişdir. Azərbaycan xalqı artıq əminliklə butun arenada öz sözunu deyən bir ölkə kimi tanınmışdır. Buna görə də xalqımız, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin siyasi fikirlərini dəstəkləyir və hər zaman Dəmir yumruq kimi ətrafında birləşir.