Azərbaycan Gürcüstanın enerji mənbəyidir

Azərbaycan Gürcüstanın enerji mənbəyidir
Vəfa Bağırova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu S.S.Axundov adına 172 nömrəli tam orta məktəbin direktoru
Cənubi Qafqazda sülhün və sabitliyin qorunması çox vacibdir. Gürcustan və Azərbaycanın mehriban qonşuluq münasibətləri nəinki Qafqazda, həmcinin kecmiş Sovet ölkələrinə nümunədir. Bu iki ölkə arasında siyasi və iqtisadi münasibətlər çox yüksək səviyyədə inkişaf etmişdir. Əlbəttə, bütün münasibətlərdə olduğu kimi Azərbaycan və Gürcüstan arasında da anlaşılmamazlıqlar olması təbii haldır. Ancaq bu iki dovlət qarsılıqlı anlaşma nəticəsində bütün problemlərin öz aralarında həlli yolunu tapırlar. Azərbaycan hər zaman Gürcüstana kömək etməkdə maraqlı olub. Çünki bizə yüksək gəlir gətirən layihələrin Avropaya çıxışı məhz Gürcüstanın vastəsi ilə mümkün olmuşdur. Bu səbəbdən Gurcustanla munasibətlərin möhkəmləndirilməsi bizim üçün xarici siyasətdə ən mühüm məsələlərdən biridir.
Bakı-Tbilisi arasında münasibətlərə təsir edən ən böyük amil Azərbaycan neftinin Avropaya çıxışını təmin etmək üçün Gürcüstana tranzit ölkə kimi üstünlük verilməsidir. İki ölkə arasında əməkdaşlıq Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qorunmasına xidmət edir. Azərbaycanla Gürcüstan arasında ilk çəkilən kəmər Bakı-Batumi neft kəməri olub. Azərbaycan Gürcüstanın enerji mənbəyidir. Xəzər nefti və onun nəqli yolları Azərbaycan və Gücüstanın xarici siyasətini birləşdirən başlıca amildir. Bakı -Tbilisi - Ceyhan xətti lokal mənada Azərbaycan və Gürcüstan üçün xüsusi önəmli olan Borçalı bölgəsinin güclənməsi deməkdir.
Bu ölkələri bağlayan təkcə səmimi qonşuluq münasibətləri deyil, həmçinin təhsil və mədəniyyət sahəsində əməkdaslıq əlaqələridir. Nəzərə almalıyıq ki, qonşuluq münasibətlərini ən yüksək səviyyədə həm indiki, həm də gələcək nəsillərimiz inkişaf etdirməlidir. Hər iki ölkənin gəncləri arasında əməkdaşlığın artırılması faydalı ola bilər ki, bu da öz növbəsində gələcəkdə siyasi əməkdaşlığın daha da genislənməsinə gətirib çıxaracaqdır.
Bu ilin iyul ayında Avropa komissyası ilə Azərbaycan arasında imzalanmış Memoramdumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropa qaz ixracını 2 dəfə artıracaq. Azərbaycan çalışır ki, öz elektirik enerjisini dünya bazarlarına ixrac etsin. Bu səbəbdən digər sahələrdə olduğu kimi bu sahədə də Azərbaycan və Gürcüstan fəal əməkdaslıq edəcək. Gürcüstan və Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılması məqsədi ilə Bakı Beynəlxalq Ticarət Limanının ötürmə qabiliyyətini 15 mld. tondan 25 mld. tona çatdırmaq niyyətindəyik. Hazırda enerji resurslarına bütün dünyada təlabat olduğu üçün hər zaman olduğu kimi gələcəkdə də Gürcüstan və Azərbaycan birlikdə öz milli maraqlarını bu sahədə təmin edəcəklər.