Azərbaycan Çin dostluğu sarsılmazdır

Azərbaycan Çin dostluğu sarsılmazdır

Mehriban Həbibova 

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu 317 nömrəli tam orta məktəbin müəllimi

Prezident İlham Əliyevin 2023-cü il 17 yanvar tarixində Davosda Çinin C9TN televiziyası kanalına müsahibə vermişdir. Dövlət başçısı öz müsahibəsində Azərbaycanla Çinin dostluq və əməkdaşlığından danışmışdır. O, çıxışında qeyd etmişdir ki, Çin və Azərbaycanın münasibəti daim yüksələn xətt üzrə inkişaf edir. Ölkə başçısının “Çinin böyük dostu” adlandırması əbəs deyildir. Cənab Prezidentə belə ali ünvanların verilməsi dünyanın hər yerində yaşayan azərbaycanlıları qürurlandırır.

Prezident Çinlə 30 ildir davam edən siyasi münasibətlərdən, beynəlxalq səviyyədə qarşılıqlı ərazi bütövlü və suverenliyin dəstəklənməsindən danışmış, möhkəm şəkildə qurulmuş siyasi platformanın üzərində iqtisadi əlaqələri daha da genişləndirmək fikrində olduğunu bildirmişdir.

Bu məqamda Ulu Öndər Heydər Əliyevin gözəl bir kəlamı yada düşür. O, deyirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Bu aforizm tək bir cümlə ilə ifadə olunsa da, əslində dövlət menecementinin bütün sirrini özündə ehtiva edir. Bu gün Azərbaycan öz sözünü deyə bilə güclü Azərbaycana çevrilmişdir. Dünya artıq hər gün bir öncəki gündən daha güclü Azərbaycanla qarşılaşır. Bunun başlıca səbəblərindən biri isə Azərbaycanın iqtisadiyyatının gedərək daha da güclənməsidir.

Azərbaycanda artıq kifayət qədər Çin şirkətinin uğurla fəaliyyət göstərməsi, yeni şirkətlərin cəlb olunmasının məqsədəuyğundur. Gələcək iqtisadi əlaqələrin nəqliyyat, enerji, kənd təssərrüfatı və yüksək texnologiyalar sahəsində inkişaf edəcəyinə isə şübhəmiz yoxdur..

Prezident Ələt iqtisadi zonasının açılmasının sonuncu mərhələdə olmasından, Cein şirkətlərinin də bu iqtisadi zonaya gələcəkdə maraq göstərəcəyini vurğulayarkən səsindəki əminlik insanı qürurlandırırdı. Ceinin təşəbbüsü ilə yaradılmış “Bir kəmər bir yol” layihəsi təşəbbüsünü yüksək qiymətləndirilir və Azərbaycanın bu layihədə fəal iştirakı heç bir şübhə doğurmur.

Müsahibə zamanı xüsusi bir məqam bəlkə də mənim kimi bir çoxlarının diqqətini çəkmişdir. Müxbirin, vəd vermək üçün kifayət qədər cəsur və mərd olmaq, ən mühümü isə sonra bu vədləri yerinə yetirmək cəsarətinə sahib olmaq üçün nə lazımdır? Sualına prezident bu cür cavab vermişdir: “İlk növbədə demək istərdim ki, yerinə yetirə bilmədiyim sözü heç vaxt vermirəm”. Bu cavab diplomatiya masasında verilə biləcək ən mükəmməl cavab, dövlət başçımızın necə böyük dövlət xadimi, ali baş diplomat olduğunun əyani sübutu idi.

Ölkə başçısı 20 illik prezidentliyi dövründə verdiyi hər bir sözə görə məsuliyyət daşımış və verdiyi vəddlərə sadiq qalmışdır. Özünün də qeyd etdiyi ki, o, nəyi nə zaman edəcəini yaxşı bilir. Azərbaycan xalqına düşən, hər bir məsələdə ona inanmaq, güvənmək və səbrlə doğru zamanı gözləməkdir.