Azərbaycan Avropa dövlətləri üçün əvəzolunmaz tərəfdaşdır

Azərbaycan Avropa dövlətləri üçün əvəzolunmaz tərəfdaşdır

Fərəh Hüseynova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu 141 nömrəli tam orta məktəbin direktoru

21 dekabr  2022- ci il tarixində  Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin qonağı oldu.Bir ay əvvəl Azərbaycan  Respublikasının  Prezidentinin  Serbiyaya rəsmi səfərinin cavabı olaraq təşkil olunmuş bu səfər iki ölkə arasında münasibətlərin sürətlə və məhsuldar inkişafına sübutdur. İki ölkə rəhbərinin təkbətək görüşündən sonra mətbuata bəyanatla çıxış ediblər.Azərbaycan Resublikasının Prezidenti İlham Əliyev bu görüşlərin gələcək əməkdaşlıq üçün zəmin yaradan amillərini sadalamış, iki ölkə arasındakı əlaqələrin dinamikasının çox müsbət yöndə olduğunu diqqətə çatdırmışdı.

Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi olduğunu vurğulayan dövlət başçımız bildirmişdi ki, ”İlk növbədə bildirməliyəm ki, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq. Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər”

Ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da artacağına böyük inam ,hər iki ölkənin mühüm nəqliyyat-logistika  potensialına görədir.Artıq neçə ildir Avropa qitəsinin enerji qaynağı olan Azərbaycanın gələn ildən etibarən Serbiyaya da elektrik enerjisini ixrac edəcəyini mətbuata bəyan edən İlham Əliyev eyni zamanda bildirmiş ki, “Onu da bildirməliyəm ki, dörd gün bundan əvvəl Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Bütün bunlar yeni imkanlar, yeni üfüqlər açır və biz bu sahədə, əlbəttə ki, ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq edəcəyik.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  mətbuata bəyanatında onu da xüsusi ilə qeyd etmiş ki, bundan sonra Azərbaycan- Serbiya dövlətləri arasında müdafiə sənayesi sahəsi də perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Bu sahə üzrə güclərimizi birləşdirəcəyimiz, strateji tərəfdaşlığımızı inkişaf etdirəcəyimiz mövzusunda nikbin fikirdə olduğunu söyləyən dövlət başçımıza bütün diplomatik, siaysi fəaliyyətində uğurlar arzulayıram. Hər bir vətəndaş kimi mən də gələcək Azərbaycan haqqında nikbin əhval-ruhiyyə ilə fikrimi tamamlayıram.Sözü əməli ilə bir olan cənab İlham Əliyev biz sizə inanarıq!