Azərbaycan və Gürcüstan arasında münasibətlərin dərinliyi...

Azərbaycan və Gürcüstan arasında münasibətlərin dərinliyi...

Sahibə Hüseynova

“Buta” körpələr evi və uşaq bağçasının müdiri

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il noyabrın 18-də yaradılıb. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin 1996-cı ilin mart ayında isə Tibilisdə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına əlavə stimul verib. Azərbaycan ilə Gürcüstan arasında müstəqillikdən  sonra  yaranan  münasibətləri  iki mərhələyə  bölmək olar. 1995-ci ildə Azərbaycan ilə Gürcüstan dövlətləri arasında müqavilə bağlandı. Müqavilə siyasi-iqtisadi, hərbi kommunikasiya sahələrini əhatə edir.

Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Heydər Əliyevin və Eduard Şevardnadzenin əsasını qoyduğu strateji əməkdaşlıq ötən müddətdə bütün sahələr üzrə davam edib. 1998-ci il  sentyabrın 7-8 də  keçirilmiş Tarixi Böyük İpək yolunun bərpası üzrə Beynəlxalq konfransın keçirilməsi və bu konfransa Gürcüstan Prezidenti Eduard Şevardnadzenin başçılıq etməsi tarixi münasibətlərin dərinliyinə daha bir sübutdur. Gürcüstanla Azərbaycan strateji tərəfdaş, mehriban qonşu ölkələrdir. Bakı-Tbilisi-Ceyhan neft ixrac kəmərinin  tikintisi ölkələrimizi  daha da  yaxınlaşdırdı .

Bakı və Tbilisi qardaşlaşmış şəhərlərdir. Bu ənənəni digər şəhərlər də davam etdirir. Ağcabədi–Batumi, Gəncə-Kutaisi, Gəncə-Rustavi, Sumqayıt–Rustavi, Naxçıvan–Batumi də qardaşlaşmış şəhərlərdir. 

Azərbaycanı Gürcüstanla yaxınlaşdıran ən mühüm məqamlardan biri 500 minədək soydaşımızın bu ölkədə yaşamasıdır. Gürcüstan azərbaycanlılarının problemlərinin həllində həm rəsmi, həm də digər vasitələrlə  zəruri işlər ölkəmiz tərəfindən həyata keçirilməkdədir .

 

 

                                                                    Hörmətlə ;

                                    Buta k/e u/b –nın  müdiri ;   Hüseynova   Sahibə