Azərbaycan üçün nəinki AŞPA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 79 nömrəli tam orta məktəbin direktoru
XXI əsrdə yaşamağımıza baxmayaraq hələ də dünyada beynəlxalq riyakarlıq təzahürləri özünü büruzə verməkdədir. Avropa Şurasının Parlament Assambleyasının ölkəmizə qarşı nifrət aşılayan, mahiyyət etibarilə Azərbaycanafobiyanı özündə ehtiva edən mövqeyi gözönündədir.
Azərbaycan 2020-ci ildə Zəfər əldə edərək 30 ilə yaxın müddətdə erməni işğalı altında olan torpaqlarını azad etdi. Həm də ölkəmiz atdığı bu addımla BMT-nin məlum 4 qətnaməsinin icrasını təmin etmiş oldu. Ancaq buna baxmayaraq bəzi xarici qüvvələr münaqişənin həll olunması reallığı ilə barışmaq istəmirlər. Onlar hesab edirlər ki, Cənubi Qafqazda sülhün əldə olunması onların regiona təsir imkanlarını zəiflədəcək. Belə riyakar siyasət yürüdən dövlətlərdən biri də elə Fransadır.
Ölkəmiz AŞPA-ya 2001-ci ildən, üzv olandan bəri ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə edilib. Qarabağ problemi həll olunub. Hazırda Avropada heç bir nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın ehtiyacı yoxdur. AŞPA Azərbaycana qarşı qərəzli və riyakar mövqe yürüdür. Azərbaycanı ittiham edirlər ki, guya Azərbaycanda insan hüquqları pozulur, jurnalistlərə və siyasi fəallara qarşı təzyiqlər edilir, seçkilərin keçirilməsində pozuntular müşahidə olunur. Sözsüz ki, AŞPA-nın anti-Azərbaycan kampaniyasında Fransanın rolu var. Təəssüfedici haldır ki, AŞPA kimi bir təşkilat Fransanın əlində siyasi alətə çevrilib. Azərbaycan imkan verməz ki, başqa ölkələr və təşkilatlar onun taleyini müəyyən etsin. Mən də bir vətəndaş kimi əgər AŞPA Azərbaycana hüquqi əsası olmayan ittihamları davam etdirsə, Azərbaycanın həmin təşkilatda fəaliyyətini məqsədəuyğun hesab etmirəm.
Almaniya da bu məsələdə Fransaya dəstək verir və ölkəmizə qarşı qərəzli, böhtan xarakterli addımların atılmasında almaniyalı deputatlardan istifadə olunur. Ona görə ki, Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi ilə bağlı məsələni almaniyalı deputat Fran Şvabe irəli sürüb. Almaniyalı deputat Frank Şvabe qərəzli bir məsələni gündəmə gətirəndə ilk növbədə öz ölkəsinin keçmişini xatırlasa, daha yaxşı olar.
Azərbaycan beynəlxalq hüquqa inandığı üçün Avropa Şurasına üzv olmuşdu. Bu gün Azərbaycan öz ərazi bütovlüyünü öz qüvvəsi hesabına bərpa edirsə və Avropada heç bir nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın heç bir ehtiyacı yoxdur.
C.Borrel bu günlərdə Brüsseldə keçirilmiş Aİ-nin Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı yenə də erməni sevgisini açıq-aşkar nümayiş etdirib. “Ermənistanın ərazi bütövlüyünün pozulması yolverilməzdir. Bu, Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq”, - deyən Borrelin ölkəmizə qarşı qərəz nümayiş etdirməsi ilk hal deyil. Bundan əvvəl də 2023-cü il aprelin 23-də Azərbaycan Respublikası tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb edib.
Demək istəyirəm ki, demokratiya belə olmur. Əslində Sizlər Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməməniz. Bu riakar addımlarınız Ermənistana hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir demokratikliyinizdən deyil.
Ölkəmizin mümkün təhdidlərə və təziqlərə rəğmən uğurlu və dinamik şəkildə öz iqtisadi inkişaf xəttini uğurla davam etdirməsi, regionda, eləcə də dünyada artan nüfuzu və əldə etdiyi uğurlar, dünya siyasətində öz dəstixətti olması təəssüflər olsun ki, dünyadakı, xüsusilə də Avropadakı bəzi siyasi təşkilatları çox narahat edir, onlar tərəfindən qısqanclıqla qarşılanır. İqtisadi gücə malik olmaqla yanaşı, həmçinin, Avropanın enerji təhlükəsizliyinin təminatçısı rolunda çıxış edir. Azərbaycanımızın rəhbərliyi ilə böyük regional layihələr reallaşıb. Bütün bunlar isə Avropa Şurası kimi təşkilatların təşvişinə səbəb olub.