Emil Quliyev
Suraxanı rayon Zığ bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri müzakirə olunmalıdır. Orta Dəhlizin tam olaraq reallaşdırılması üçün Azərbaycanda tələb olunan bütün amillər-siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat mövcuddur. Eyni zamanda, ölkəmizin Avropa ilə Asiyanın arasında yerləşməsi Orta Dəhliz marşrutunun bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir.
Azərbaycan infrastrukturun inkişafına uzun illər ərzində sərmayə yatırır. İndi dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu görürük. Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri Şərq-Qərb dəhlizinə sinerji əlavə edəcək. Azərbaycan hər iki dəhlizin iştirakçısıdır və Azərbaycanda bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturu hazırdır. İndi Azərbaycan qatarların, yük qatarlarının sürətini artırmaq üçün yeni dəmir yolları tikir. Azərbaycanda hava limanları layihələrinin tamamlanması prosesi gedir. Ümumiyyətlə təkcə sərnişin daşımaları üçün yox, həm də yük daşımaları üçün Azərbaycanda beynəlxalq hava limanlarının sayı doqquza çatacaq.
Azərbaycan, Türkiyə, Pakistan münasibətləri dostluq və qardaşlıq müstəvisində inkişaf edir. Türkiyə və Pakistan istər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra hər zaman bizimlə olub.
Azərbaycan bütün qonşu ölkələrlə sülh və dostluq münasibətlərinin qurulması üçün çalışır. Lakin rəsmi İrəvan bu düşüncədən kənardır. Onlar uşaqlarını Türkiyəyə və Azərbaycana nifrət aşılamaqla böyüdürlər. Onlar öz tarixləri haqqında o qədər əfsanələr uydurublar ki, və bu əfsanələrə özləri inandıqları kimi başqa ölkələri də inandırmağa çalışırlar. Bütün tarix boyu Azərbaycan ölkəsi tərəfindən əzilmiş ölkə kimi özlərini tanıtmağa çalışmışlar.
Azərbaycan ədalətli sülh istəyir. Azərbaycan Zəngəzur dəhlizini istəyir. Zəngəzur dəhlizi ilə bağlı müzakirələri Azərbaycan Rusiya ilə aparır. Bir sözlə Azərbaycan qlobal inkişaf proseslərinin mərkəzindədir. Azərbaycan sosial-iqtisadi inkişafı üçün misilsiz nailiyyətlərə imza atdı.