Ceyran Novruzova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 114 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim
Ölkəmiz son illərdə beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. 2024-cü ilin aprel ayının 24-ündə ADA universitetində keçirilən COP29 haqqında form məhz bu yönümlü form olmuşdur. Xatırlatmaq istəyirəm ki, 2024-cü ildə keçiriləcək COP29 formunun Şərqi Avropa regionunda keçirilməsi fikri irəli sürülmüşdür. Azərbaycan bu regionda aparıcı ölkə olduğundan tədbirə ev sahibliyi etmək üçün öz namizədliyini irəli sürmüşdür. Namizədlər içində Ermənistanın da olduğunu nəzərə alsaq və bu tədbirin bizim ölkəmizdə keçirilməsi Azərbaycanın xarici siyasətində növbəti uğuru kimi qiymətləndirilə bilər.
İlk öncə bu cür beynəlxalq formların ölkəmizdə keçirilməsinin ən önəmli cəhətini bildirmək istəyirəm: məhz bu tədbirlər Azərbaycanı dünya dövlətlərinə tanıtdırır, ölkəmizlə bağlı həqiqətlər dünya mediyasında xarici ölkələrin nümayəndələrinin nəzərinə çatdırılır. Ölkə rəhbəri cənab İlham Əliyev hər zaman etdiyi çıxışlarda Azərbaycanla bağlı həqiqəti əks etdirməyən qarayaxmaları dağıtmağa çalışmış, aprelin 24-ündə keçirilən COP29 formundakı çıxışı da məhz bu istiqamətə yönəlmişdi.
Tədbirdə çıxış edən cənab İlham Əliyev öz nitqində bir neçə önəmli məsələlərə toxunmuşdur. İlk öncə COP29 formunun mahiyyətini açıqlayan ölkə rəhbəri dünyada baş verən ekoloji problemlər haqqında da öz fikrini bildirmişdir. Ölkə rəhbəri Vətən müharibəsindən sonra azad olunmuş Qarabağ bölgəsinin ekoloji vəziyyətinə, Laçın rayonunda aparılmış quruculuq işlərinə, onun flora və faunasının qorunmasına diqqət çəkmişdir.
Bundan başqa möhtərəm prezidentimiz öz nitqində Azərbaycanın önəmli enerji mənbələrinə sahib olması haqqında məlumat vermiş və bu sərvətlərin istehsalında ekologiyaya heç bir ziyan verilmədiyini vurğulamışdır. Prezident İlham Əliyev Xəzərdə baş verə biləcək ekoloji fəlakət barədə də məlumat verərək bildirmişdir ki, Xəzər dənizinin suyunun dayanmadan azalması Azərbaycan dövləti ilə yanaşı bütün dünyaya öz təsirini göstərəcəkdir. Bu problemin həlli yollarının tapılmasının diqqət mərkəzində saxlanılacağını söyləmişdir.
Möhtərəm Prezidentimiz öz nitqində Azərbaycan dövlətinin dünya dövlətləri ilə o cümlədən Almaniya və Çinlə də inkişaf edən münasibətləri haqqında vurğulamışdır.