Azərbaycan BMT-nin Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməsini alqışlayır.
Elçin Həsənov
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 317 nömrəli tam orta məktəbin müəllimi
Müasir dövrdə ölkələr arasında iqtisadi əlaqələrin mühümlüyü tarixın mövcud olmuş iqtisadi əlaqələrin ön plana çəkilməsinə diqqəti artırmışdır. Tam siyasi və iqtisadi müstəqillik Dövlətlər arasındakı əlaqələri saha da yeni iqtisadi əlaqələrin yaranmasını və inkişafını asanlaşdırır. Artıq mühariblərlə, işğallar ilə öz iqtisadiyyatını gücləndirmək keçmişdə qalıb. Fransa kimi bəzi dövlətlər hələ də keçmiş müstəmləkə siyasətini davam etdirərək kolonial müstəmləkəçilikdən əl çəkmək istəməsələr də artıq bir bir müstəmləkələrindən qovulmağa məruz qalırlar.
Azərbaycan müasir dövrdə ölkələr arasında bloklara qoşulmayan, və əsasən iqtisadi birliklərdə aktiv iştirak edən dövlətlərdən biri kimi çox önəmli yerlərdən birini tutur. Bunu pPezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın apardığı siyasət və beynəlxalqlar təşkilatlardakı yeri və mövqeyi sübut edir.
BMT - nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqram-SPECA 25 il bundan əvvəl yaradımışdır. Bu illər ərzində Ölkələr arasında əlaqələr daha da uğurla inkişaf etmişdir. Bu proqram yaradılanda üzv ölkələr yeni yeni müstəqillik əldə etmişdilər. Əlbəttə ki müəyyən çətinliklər də olmuşdur. Azərbaycanın üzləşdiyi Ermənistanın torpaq iddiaları, Qarabağın işğalı 90-cı illərin qeyri sabitliyi iqtisadiyyatın inkaşafına maneçilik törədir, iqtisadi əlaqələrin yaranmasına və inkişafına əngəl olurdu. Lakin bütün bunlar artıq geridə qaldı. Bütün çətinliklərə rəğmən Ulu Öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti, və onun davamçısı Prezident İlham Əliyevin daha böyük nailiyyətləri iqtisadi göstəricilərinə görə regionun və onun ətrafında ən güclü dövlətlərdən birinə çevrilmişdir.
24 noyabr tarixində Heydər Əliyev mərkəzində BMT-nin Mərkəzi Asiya ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA - nın iştirakçı ölkələrinin dövlət və hökümət başçılarının Zirvə toplantısı keçirilmişdir. Hal-hazırda Azərbaycan SPECA - ya başçılıq edir. 25 il ərzində Zirvə toplantısı ilk dəfə keçirilmişdir və bu toplantının keçirilmısi ilə əlaqədar Azərbaycanın təşəbbüsü Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən dəstəklənmişdir.
Prezident ilham Əliyev öz çıxışında belə iqtisafi əlaqələrin inkişafı üçün dövlətlərin müstəqilliyinin, sülh və sabitliyin olmasının nə qədər vacib olduğunu qeyd etmişdir. O, Azərbaycanın ötən 25 il ərzində əldə etdiyi uğurlardan danışmış, hal hazırdakı real iqtisadi göstəricilərdən məumatlar çatdırmışdır. Bu göstəricilər daha da yüksək ola bilərdi Azərbaycanın üzləşdiyi erməni işğalı, və onların tutduğu destruktiv mövqe olmasaydı. Ermənistan rəhbərlərinin apardıqları siyasət və tutduqları mövqe həm özlərinə həm də region dövlətlərin inkişafına əsaslı sürətdə mane olmuşdur. Azərbaycan iqtisadiyyatdakı uğurlarını hərbi uğurlatərla tamamlayaraq erməni işğalına son qoymuş, tarixi torpaqlarını azad etməklə regiona sabitlik, və əmin amanlıq gətirmişdir. Hal-hazırda azad olmuş torpaqlarda geniş və sürətli abadlıq işləri aparılır. Böyük Qayıdış planı mərhələlərlə həyata keçirilir.
Azərbaycanın daim Mərkəzi Asiya ölkələri ilə yaxşı iqtisadi əlaqələri olmuşdur. Bu əlaqələr daha da inkişaf etdirilələrək dostluq, qardaşlıq səviyyəsinə çatdırlmışdır. Hal-hazırda SPECA çərçivəsində də ölkəmiz Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Qırğızıstanla uğurla əməkdaşlıq edir. Azərbaycan BMT-nin Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməsini alqışlayır. BMT himayəsi altında yaradılmış SPECA - nın Etimad fonduna 3.5 milyon ABŞ dolları ayıracaqdır.
Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyaraq Avrasiyanın Şərq - Qərb və Şimal - Cənub dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilmişdir.