Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir
Həqiqət Məmmədova
Bildiyiniz kimi, cari ilin martın 11-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Bakıda Prezident İlham Əliyev ilə birgə mətbuata bir sıra əhəmiyyətli bəyanatlar və açıqlamalar verilmişdir. Görüş və birgə bəyanat zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafında mühüm hadisə kimi qiymətləndirilir.
Bu rəsmi səfər siyasi dialoqun genişlənməsi, enerji əməkdaşlığının gücləndirilməsi və regional təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq son illərdə uğurla inkişaf edir. Tərəflər arasında siyasi əlaqələr möhkəmlənmiş, qarşılıqlı etimad artmış və bir çox sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranmışdır.
Görüş zamanı enerji sahəsində əməkdaşlıq xüsusi diqqət mərkəzində olmuşdur. Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan ölkələrdən biridir. Bəyanat zamanı həmçinin, iqtisadi və ticarət əlaqələrinin inkişafı məsələsinə də toxunulmuşdur. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Qarşılıqlı investisiyaların artırılması, nəqliyyat və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi hər iki tərəf üçün böyük iqtisadi imkanlar yaradır.
Nəticə olaraq deyə bilərik ki, hadisələr bir daha göstərir ki, Azərbaycanın işğala son qoymaqla yaratdığı yeni siyasi reallıq və yeni status əsasında qurulan əməkdaşlıq və bunların əsasında duran Azərbaycan Prezidenti cənab İlham Əliyevin sülh gündəliyi Avropa İttifaqı tərəfindən qəbul olunur və yüksək qiymətləndirilir.