Almaniya mətbuatı Azərbaycanın əleyhinə yaxşı olmayan fikirlər səsləndirib
Aygun Allahverdiyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 277 saylı uşaq bağçası və körpələr evinin müdiri
Dövlətimizin başçısı Alman iş adamları ilə ötən il Berlində bu yaxınlarda isə Münxendə keçirdiyi görüşlərini məmnunluqla xatırlayaraq, indi də böyük nümayəndə heyətinin iqtisadi, əməkdaşlığın gündəliyinin müzakirəsi üçün Azərbaycana səfər etməsinin önəmini qeyd etdi.
Almaniyanın səfiri Ralf Horlemann diqqət və isti münasibətə görə İlham Əliyevə təşəkkür bildirib. O, eyni zamanda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün Berlində keçirilməsindən məmnunluqlarını ifadə edib. O, öz ölkəsinin sülh tərəfdaşlığının konstruktiv şəkildə dəstəklədiyini bir daha vurğulayıb. Almaniya nümayəndə heyəti biznes və şirkətlərin ölkəmizə böyük töhfələr verməyə hazır olduqlarını qeyd edib.
Azərbaycan Prezidenti öz növbəsində bir daha səfirə və nümayəndə heyətinə bildirib ki, biz sülhün və dostluğun tərəfindəyik. Ancaq elə məqamlar var ki, Ermənistan daim sülh müqaviləsinin əleyhinə gedir. Xarici dövlətlər eləcədə Fransa Ermənistana havadarlıq edir. Buda Sülh müqaviləsini pozur. Dövlətimizin başçısı vurğuladı ki, Dünya ölkələri arasında Almaniya dövləti də bizim sülh tərəfdaşlığımızı dəstəkləyib.
D övlət başçısı onu da qeyd edib ki, Almaniya mətbuatı Azərbaycanın əleyhinə yaxşı olmayan fikirlər səsləndirib. Bu da Azərbaycana Xarici dövlətlər arasında mənfi təəssürat yaradır. Prezident səfirə ölkəmizin özünü müdafiə sisteminin uğurla getdiyini qeyd edib. Səfir öz növbəsində, Azərbaycan Prezidentinə təşəkkür bildirib. O, Almaniya və Azərbaycan arasında səmimi, dost və əməkdaşlığın davam etməsinə yeni-yeni töhfələr verəcəyinə inam hissini bildirib.