Almaniya COP29-la əlaqədar Azərbaycana xüsusi dəstək göstərəcək
İlham Əliyevin tədbirdə çıxışı qeyd olundu. Söhbət zamanı mühüm məsələlər qeyd olundu, iki dövlət arasındakı sıx əməkdaşlıqdan bəhs edildi. Ümumiyyətlə qeyd etmək lazımdır ki, Azərbaycan-Almaniya münasibətlərinin uzunmüddətli tarixi var və bu tarixi köklərə söykənən dostluq münasibətlərinin daha da böyük perspektivləri də olacaqdır.
Neft-qaz resursları ilə zəngin olan bir ölkə kimi COP29-a bu il ev sahibliyini edəvəyimizi bildirdi. COP29-la əlaqədar Almaniya ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq və heyətlər arasındakı görüş xüsusi vurğulandı. Almaniyanın COP29-la əlaqədar Azərbaycana xüsusi dəstək göstərəcəyi qeyd olundu.
Azəraycan dünyada baş verən qlobal hadisələrin həllində rolu gün keçdikcə daha da artır. İlham Əliyev öz nitqində məlumat verdi ki, bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
İlham Əliyev çıxışında qeyd etdi ki, 2023-cü ildə Avropa ittifaqı ilə saziş bağlanmışdır və bu sazişə əsasən təbi qaz resurslarının yarısı Avropa İttifaqı bazarlarına nəql edilir. 2027-ci ilin sonuna qədər 2000 meqavat Günəş və yaşıl enerji imkanlarımız olacaq. Azərbaycan bərpaolunan enerjinin istehsalı və ixracı sahəsində böyük potensiala malikdir.
İlham Əliyev Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərdən bəhs etdi. İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyinin təşəbbüskarı məhz Azərbaycan tərəfi olduğunu vurğuladı.
İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycanının ərazi bütövlüyü tam bərpa edilmiş və bu tarixi bir nailiyyətdir. Azərbaycan xalqının və dövlətinin müharibə tərəfdarı olmadığını vurğuladı. Ermənistan və Azərbaycan arasında gedən proseslərin nəticəsi olaraq sərrhədlərin delimitasiyası və demarkasiyası prosesi başlamışdır. İşğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılır.
Frank-Valter Ştaynmayer Azərbaycanla Ermənistan arasında sülh gündəliyini yaxından dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir. Müharibədən sonra Qarabağda yenidənqurma və bərpa işlərindən də söz açdı.Qarabağda və Zəngəzurdə yenidənqurma işlərinin şəffaflığından və bu ilin sonuna qədər Qarabağa və Zəngəzura yatırılacaq vəsaitlərdən bəhs edib.
İlham Əliyev Avropa ölkələri ilə münasibətlərinin inkişafından və beynəlxalq əlaqələrin həmrəyliyimizin güclənməsinə təsir edəcəyini də vurğuladı.