Ali Baş Komandanımızın dediyi sözlər bizi ruhlandırdı və vətənə sevgimizi daha da alovlandırdı
Kəmalə Həmzəyeva
"Dalğa" Elmi İstehsalat Birliyinin şöbə rəisi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Cəbrayıl rayonu 08 avqust 1930-cu ildə yaradılmışdır. 04 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilmiş, 17 iyun 1964-cü ildə yenidən yaradılmışdır. Cəbrayıl kiçik Qafqaz dağlarının cənub-şərqində Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Əsas çayları Araz, İncəçay və Çaxmaqçaydır. Zəngin tarixi-mədəni abidələrinə Sirik qalası, Xudafərin körpüsü, Qız qalası, Başıkəsik günbəz, Çıxbaba türbəsi, Səkkizguşəli türbəni misal göstərmək olar.
Rayonun iqtisadiyyatının əsasını üzümçülük, heyvandarlıq və baramaçılıq təşkil edirdi. 23 avqust 1993-cü il tarixində rayon mənfur ermənistan ordusu tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13 928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir. Cəbrayıllı məcburi köçkünlər Respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır, düşərgə, yük vaqonları və yataqxanalarında məskunlaşmışdırlar.
27 il əsarətdə qaldıqdan sonra 04 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun mərkəzi və bir sıra kəndləri Azərbaycan Respublikasının prezidenti, ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər və yenilməz ordumuz sayəsində işğaldan azad olunaraq yenidən Azərbaycan torpaqlarına birləşdirildi.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızları Leyla Əliyeva 26 aprel 2021-ci ildə Cəbrayıl rayonuna səfər edərək “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhənin qarşısında dayanaraq bu sözləri demişdir: - “Biz bu abidəni yenidən bərpa etdik! Azad olunmuş bütün şəhərləri, kəndləri yenidən bərpa edəcəyik!”
Ali Baş Komandanımızın dediyi bu sözlər bizi daha da ruhlandırdı və vətənə sevgimizi daha da alovlandırdı. Prezidentimiz rayona səfər zamanı qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalamışdır.
Ümid edirik ki, Cəbrayıl rayonu gələcəkdə bərpa olunaraq daha da inkişaf etmiş və zəngin torpaqlara çevriləcəkdir.
Mən özüm də Cəbrayıl rayonunda doğulmuşam. Bütün uşaqlığım, gəncliyim bu rayonda keçib. İllər idi qəlbimdə böyük yaraya çevrilən Cəbrayıl yarası artıq iki ildir ki, qaysaq bağlayıb, sağalır. Biz-cəbrayıllılar doğma vətənimizin adam olunmasına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarıq!