Ali Baş Komandan tərəfindən Komando Qüvvələrinin yaradılması prosesi uğurla davam edilir
SÜLHƏDDİN ALLAHVERDİYEV
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı rayonu, 104 nömrəli tam orta məktəbin direktor müavini
Ali Baş Komandan İlham Əiyevin ordu quruculuğu siyasəti uğurla davam etdirilir. İkinci Qarabağ müharibəsindəki qələbə peşəkar və müzəffər Azərbaycan ordusunun qələbəsidir. Müharibə dövründə Xüsusi Təyinatlı Qüvvələr əsl peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var idi. Bütün bunları və müasir döyüş əməliyyatlarını nəzərə alaraq yeni Komando Qüvvələrinin yaradılması Ali Baş Komandan tərəfindən uğurla icra edilir.
‘’Dəmir Yumruq’’ əməliyyatının uğurla nəticələnməsi ordu və müdafiə hissələrinin hərbi əməliyyatlar üçün tam hazır olduğunun bariz nümunəsidir. Onu da vurğulamaq lazımdır ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var.
Bu da danılmaz həqiqətdir ki, Vətən müharibəsi xalqımızın tam şəkildə qələbəsi ilə yekunlaşdı. Bu, güclü və əzmkar orduya sahib olmaq sayəsində atılan addımların nəticəsi kimi qiymətləndirilir. Vətən müharibəsindən sonra yeni silahların alınması, pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi Ali Baş Komandanın müdafiə sisteminə göstərdiyi qayğının nümunəsidir.
Prezidentin Müdafiə Nazirliyinin komando hərbi hissəsinə Döyüş bayrağının təqdimetmə mərasimində çıxışındakı fikirlər mühüm əhəmiyyət daşıyır.‘’Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin sayı böyük dərəcədə artırılmışdır. Müdafiə Nazirliyinin dəniz piyadalarının sayı bir neçə dəfə artırılıb və bu artım davam edir. Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi xidməti, Xaric Kəşfiyyat Xidməti - bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı dəfələrlə artırılıb və bütün bu böyük qüvvə bir məqsəd güdür: ərazimizin qorunması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi”.
Azərbaycan ordusunun formalaşmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolunu qeyd edən prezident bugünkü yenilməz ordunun Ümummilli liderdən miras olduğunu da vurğulamaşdır. Azərbaycan ordusu humanistliyə və yüksək mənəvi xüsusiyyətlərə malikdir. Azərbaycan düşməndən qisasını döyüş meydanında almış, mülki əhaliyə qarşı müharibə aparmamışdır. Bu faktı bütün dünya görür və bilir.
“Azərbaycanın iradəsinə heç kim təsir edə bilməz”,- deyən Ali Baş Komandan ordumuzun gücündən qürürla danışmışdır. Şuşa Qarabağın tacıdır. 44 günlük ‘’Dəmir Yumruq’’ əməliyyatı bir daha sübut etdi ki, işğalçı Ermənistan tarixin əsrlər boyu yazdığı həqiqəti silə bilməz. Şuşa azad olunduqdan sonra Ermənistan dövləti və höküməti öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur. Şuşa bizim ordumuzun, əyilməz ruhumuzun, qəhrəman hərbçilərimizin və şəhidlərimizin qəhrəmanlıq təcəssümüdür.
Yaşasın Müzəffər Ordumuz!
Yaşasın qalib xalqımız!
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
: