ABŞ ilə enerji sahəsində əməkdaşlıq böyük potensiala malikdir
Tural İsgəndərli
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsinin Xarici əlaqələr şöbəsinin mühəndisi
Vitse-prezident Vensin səfəri çərçivəsində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev bu sənədi tarixi adlandıraraq bildirmişdir ki, sənəd iki ölkə arasında münasibətlərin hüquqi və institusional əsaslarını daha da möhkəmləndirir. Xartiya qarşılıqlı əməkdaşlığın konkret istiqamətlərini müəyyən edir və uzunmüddətli tərəfdaşlığın yol xəritəsi kimi çıxış edir.
Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan ölkə kimi tanınır. Neft və qaz ehtiyatlarının dünya bazarına təhlükəsiz və sabit şəkildə çatdırılması Azərbaycanın beynəlxalq nüfuzunu artırmışdır. ABŞ ilə bu sahədə əməkdaşlığın genişləndirilməsi enerji layihələrinin daha da şaxələndirilməsinə və yeni bazarlara çıxış imkanlarının artmasına şərait yaradır. Bununla yanaşı, Azərbaycanın tranzit potensialı xüsusi diqqət çəkir.
Şərqlə Qərbi birləşdirən nəqliyyat dəhlizləri ölkəmizin geostrateji əhəmiyyətini artırır. Regional nəqliyyat və logistika layihələri yalnız iqtisadi deyil, həm də siyasi sabitliyə xidmət edir. Ticarət dövriyyəsinin artması və investisiya imkanlarının genişlənməsi regional əməkdaşlığın möhkəmlənməsinə səbəb olur.
Ümumillikdə münasibətlərin qarşılıqlı hörmət və suverenlik prinsiplərinə əsaslanması əməkdaşlığın daha dayanıqlı və uzunmüddətli xarakter daşımasına şərait yaradır.