6 aprel Brüssel görüşü: İlham Əliyev regionu sülhə aparır
YAP Suraxanı rayon təşkilatının ƏPT - nin sədri
Suraxanı rayonu 146 №-li tam orta məktəbin direktoru
Bu formatda ilk üçtərəfli görüş ötən ilin 14 dekabrında keçirilmişdir. O vaxt Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyi formalaşdırıldı. 6 aprel görüşü üçtərəfli əsasda 4 saatdan artıq davam etdi. 6 aprel görüşü Prezident İlham Əliyevin atdığı addımlar beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilir. Ölkə başçısına göstərilən münasibət, əldə olunan nəticələr dövlət başçısının bu istiqamətdə keçirdiyi siyasətin növbəti uğurudur.
Şarl Mişel tərəfindən açıqlanan bəyanatı Azərbaycanın maraqlarına uyğun saymaq olar. Beş maddəlik təklifin qəbul olunması isə ölkəmizin növbəti diplomatik qələbəsi hesab edilməlidir. Hazırda Ermənistanda gedən müzakirələr də göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir. Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri isə iflasa uğradı. Nəticə etibarı ilə Azərbaycanın gündəliyi Brüssel görüşündə tam olaraq təmin edilmişdir və Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində real şanslar yaranmışdır. İlham Əliyev bütün çıxışlarında qeyd edir ki, artıq münaqişə öz həllini tapıb. Azərbaycan sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır.