44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu zəfərlə fəxr edəcək
“Buta” körpələr evi və uşaq bağçasının müdiri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir .Bu Qələbə tarixdə əbədi qalacaq .Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.
Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti ,beynəlxalq hüququ bərpa etdik .Biz milli ləyaqətimizi bərpa etdik .Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır .Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır .Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq “
2020-ci il noyabr ayının 8-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Şuşanı azad etməklə bütövlükdə qondarma “Dağlıq Qarabağ “münaqişəsinin birdəfəlik həllini təmin etdi.
Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi. Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. İndi Şuşada genişmiqyaslı quruculuq işləri gedir. Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Həmin ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsi ilə erməni vəhşiliyi dünyaya real vəziyyətdə, maddi sübut şəklində təqdim olunur.
Şuşa əzəldən Azərbaycan şəhəri olub işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.