32 illik fəaliyyət dövründə partiyamız böyük və şərəfli yol keçib
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Bu gün ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaranmasından 32 il ötür. 32 illik fəaliyyət dövründə partiyamız Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarına əsaslanaraq çox böyük və şərəfli yol keçib.
İlk növbədə vurğulamaq gərəkdir ki, YAP ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır. Sirr deyil ki yarandığı gündən YAP-ın Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məqamı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən ərazi bütövlüyünün təmin edilməsindən demokratik hüquqi dünyəvi cəmiyyət qurulmasından əmin-amanlıq milli həmrəylik güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bu 32 ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib.
Ümumiyyətlə tarixi faktlar və reallıqlar göstərir ki Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil.Yeni Azərbaycan Partiyası sözün əsl mənasında ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib.
Öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası 32 il ərzində böyük inkişaf ylu keçib .Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük mənsuliyyət hiss edir onu öz üzərinə götürür .Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında cox böyük və güclü partiyadır.