Ərazi bütövlüyümüzü və suverenliyimizi güc yolu ilə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa etmişik
Vidadi Bayramov
YAP Surxanı Rayon Təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 42 nömrəli şəhər poliklinikasının baş həkimi
Daşkənddə ECO-nun 16-cı Zirvə toplantısı keçirilib, Prezident İlham Əliyev bir çox iqtisadi məsələ ilə yanaşı Qarabağda həyata keçirilən hərbi antiterror tədbirlərinə və orada mbaş verən bərpa işlərinə də ətraflı toxunub. Zirvə toplantısında qeyd edibd ki, Azərbaycan beynəlxalq hüquq normativlərinə və BMT Nizamnaməsinə tam əməl edərək, ərazi bütövlüyünü və suverenliyini qorumağa yönlənmiş nailiyyətlər əldə etmişdir. Bu bacarığa nail olmaq üçün ölkəmiz qanunsuz separatçı rejimin təşkilatçılarına qarşı müstəqil və qanunsuz işğal altında olan torpaqlarımızın azad olunması üçün mübarizə apararaq ictimaiyyətin və beynəlxalq cəmiyyətin dəstəyini qazanmışdır.
Qarabağda aparılan müstəqil tədbirlər və hüquqi addımlar, Azərbaycanın beynəlxalq arenada layiqli yerinin qorunması üçün atılan bir addım kimi öz əhəmiyyətini tapmağa nail olmuşdur. Azərbaycan təhlükəsizlik və stabilizasiyanın qorunması üçün göstərdiyi bu nailiyyətlərlə beynəlxalq cəmiyyət üzrə təsirini artıraraq regional, global sülh və təhlükəsizliyin formalaşmasına dəstək olmağa davam etməkdədir.
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına uğurlu sədrliyi münasibətilə Prezident İlham Əliyevi təbrik edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Yaşıl keçid və qarşılıqlı əlaqələr” ilində ölkəmizin sədrliyi çərçivəsində həyata keçirilən tədbirlərin və təşəbbüslərin tərəfdaşlığımızın genişlənməsinə böyük töhfə verdiyini vurğulayaraq dedi: “Bakıda Təmiz Enerji Mərkəzinin və Regional Elektrik Bazarının təşkili istiqamətində əməli tədbirlər həyata keçirilir, həmçinin ekologiya sahəsində də yüksək səviyyəli dialoq platforması yaradılıb. Turizm sektorunda əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə ilk dəfə olaraq tur-operatorlar şəbəkəsi formalaşdırılıb və Təhlükəsiz Turizmin İnkişafı Proqramı təsdiq edilib
Son dönəmlərdə sosial-iqtisadi sahədə olan nailiyyətlərimiz Azərbaycan dövlətinin müstəqil siyasətini davam etdirməsi, ərazi bütövlüyünü qorumağı və beynəlxalq təşkilatlarda daha da təsirli olmağı nümayiş etdirir. Respublikamız bu uğurlu addımlarını güclü və müstəqil bir dövlət kimi daha geniş beynəlxalq təmaslarda və ictimaiyyət arasında daha böyük dəstək qazanmağa yönəltməlidir.