ZƏFƏR QURULTAYI

ZƏFƏR QURULTAYI
Əliqismət Səfərov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 318 nömrəli tam orta məktəbin direktoru
İkinci Qarabağ savaşından sonra Dünya azərbaycanlılarının növbəti – V qurultayının mədəniyyət paytaxtımız olan Şuşa şəhərində keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası var. Bu həm dünyada yaşayan azərbaycanlılara, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmlş bir mesaj oldu. Qurultayın Şuşa şəhərində keçirilməsi 50 milyonluq Dünya azərbaycanlıları üçün yüksək mənəvi dəyərə malik olmasını göstərməklə yanaşı, dünyanın müxtəlif yerlərindən seçiılmiş diaspora üzvlərinin Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında böyük əhəmiyyətə malikdir.
Cənab Prezidentin qurultaydakı çıxışı diaspora qarşısında görülməli olan işlərin yol xəritəsini müəyyənləşdirdi.
Prezident çıxışında Qarabağın tarixi, işğal olunması, 30 ilə yaxın işğal altında saxlanması, işğalın aradan qaldırılması üçün beynəlxalq təşkilatların əməli iş görməməsi və bu işğala Azərbaycan xalqının birliyi, ordunun rəşadəti və xalqla Prezidentin birliyi nəticəsində son qoyulduğunu xüsusi vurğuladı.
Bu gün cənab Prezidentin uzaqgörən siyasəti, sarsılmaz iradəsi, şəhidlərimizin və qazilərimizin canı – qanı bahasına əldə olunmuş qələbə sayəsində başımız dik, alnımız açıqdır. Vətənpərvərlik ruhunda tərbiyə olunmuş gənc nəslin tarixi qələbənin əldə olunmasında misilsiz xidmətləri olmuşdur.
Hələ 2001 – ci ildə keçirilən dünya azərbaycanlılarının I qurultayında Ulu Öndər Heydər Əliyevin nitqində Azərbaycanın öz ərazilərini işğaldan azad edəcəyi və xalqın öz yurdlarına qayıdacaqları haqda inamla dediyi fikirlər bu gün onun davamçısı cənab İlham Əliyevin rəhbərliyi altında bir gerçəyə çevrilib. Güclü iqtisadiyyatın, ordunun yaradılması, milli birliyin təmin edilməsi və qazanılmış möhtəşəm qələbə Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısında tarixi və misilsiz qələbəsidir.
Əminik ki, qələbəmiz və müstəqilliyimiz əbədi olacaqdır!